“İnternetin inkişafı biliklərin, məlumatların artmasına səbəb olacaq”
Tarix: 17.11.2016 | Saat: 21:06:00 | E-mail | Çapa göndər
Maksim Minçev:
“Sosial şəbəkələrin mövcudluğu şəraitində xəbər agentliklərinin informasiya məkanında dominant olması çox çətinləşib. Buna görə də xəbər agentlikləri həmrəy olmalıdır”

Bu gün cəmiyyətin hər bir üzvünün həyatında informasiya kommunikasiya texnologiyalarının (İKT) mühüm rolu var. İKT informasiyanın əldə olunması, saxlanması, təkrar istifadəsi və eyni zamanda qorunması ilə bağlı geniş texnologiyaları əhatə edən bir sahə hesab edilir və bu sahədə istiqamətlər çoxdur. Bu istiqamətlər üzrə hər birinin özünəməxsus tələbatları, özünəməxsus çətinlikləri və maraqlı perspektivləri var. Biz artıq informasiya dövründə yaşayırıq və bu xidmətlər hər gün bir az daha sürətləndirilir və daha keyfiyyətli bir vəziyyətə gətirilir. Çünki insanların bu xidmətlərdən intensiv istifadə etməsi bunu tələb edir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Bakıda təşkil olunan Dünya Xəbər Agentliklərinin V Konqresində də məhz bu məsələlər öz əksini tapmışdı.

Pan Gi Mun:
“Texnologiyada tərəqqi və biznes modelləri dünyada söz azadlığı üçün yeni imkanlar açıb”
Artıq bir neçə gündür ki, Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən nümayəndələr bu gün informasiyanın əldə olunmasında İKT-nin mühüm rolu olduğunu bildiriblər. BMT-nin baş katibi Pan Gi Munun Konqresə ünvanladığı müraciətdə də bildirilir ki, texnologiyada tərəqqi və biznes modelləri dünyada söz azadlığı üçün yeni imkanlar açıb. Artıq daha çox insan informasiyaya çıxış əldə edir, onu hazırlamaq və yaymaq imkanı qazanır. Həm milli sərhədlər daxilində, həm də geniş coğrafiyada xəbərlər və fikir mübadiləsi böyük potensiala malikdir. Digər tərəfdən isə səhv informasiyaların, xüsusilə nifrətin təbliği sülh və tərəqqi üçün ciddi ris klər yaradır. Baş katibin müraciətində bildirilir ki, beynəlxalq ictimaiyyət də azad mediaya dəstək vermək, inklüziv və açıq cəmiyyətlərə təhdid qüvvələrinə qarşı ayaqda möhkəm dayanmaq üçün məsuliyyət daşıyır. Bu təhdidlərə senzura və rəqəmsal informasiyanın bağlanmasından başlayaraq, jurnalistlərə qarşı fiziki hədə-qorxu da daxildir.
Dünən Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi" mövzusunda sessiya keçirilib. Sessiyaya Ərəb Xəbər Agentlikləri Alyansının (FANA) baş katibi Fərid Əyar moderatorluq edib.
Sessiyada çıxış edən "DMA Media" şirkətinin təlimlər üzrə direktoru Coan Lin Veir hazırda mobil jurnalistikanın geniş yayıldığını bildirib: "Sosial media jurnalistikası ilə əlaqədar kursların keçirilməsi vacibdir. KİV bu sahəyə sərmayə qoymalı, gənc jurnalistlər üçün bu mövzuda kurslar təşkil olunmalıdır".

Alexandro Romos Eskivel:
“Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir”

Fransanın "France Press" (AFP) agentliyinin qlobal xəbər departamentinin üzvü Erik Vişart isə deyib ki, yüksək peşəkarlığa malik olmayan gənclər media sahəsinə sosial media vasitəsi ilə qədəm qoyurlar: "Bu gənclərə təlimlər keçirilməlidir ki, xəbər, reportaj hazırlayarkən hansı məqamlara diqqət yetirməli olduğunu bilsinlər. Bu jurnalistlər xəbər və reportajlarda göstərilməsi tövsiyə edilməyən, qurbanların ailələrinə mənfi təsir edən şəkillər barədə məlumatlı olmalıdırlar. Etik qaydalara riayət edilməlidir. Türkiyə mediasının dənizdə boğularaq həyatını itirmiş Aylan adlı suriyalı qaçqın uşağın fotoşəkillərindən KİV geniş istifadə etdi. Tarixdə belə fotoşəkillər nadir hallarda olur. Bu fotoşəkil dünya ictimaiyyətinin miqrant probleminə diqqəti artırdı".
Meksikanın "Notimex" agentliyinin baş icraçı direktoru Alexandro Romos Eskivel isə texnologiyada böyük dəyişikliklər olduğunu, internetin qlobal dəyişikliyə yol açdığını söyləyib: "Bu gün smartfonlar əsas xəbər mənbəyi rolunu oynayır. Televiziya və radio dinləyicilərinin sayı azalır, ənənəvi media qurumlarının gəliri azalır. Bu o deməkdir ki, ənənəvi media aradan çıxır. Jurnalistlər rəqəmsal texnologiyaya yiyələnməlidir. Bu gün dünya bir-birinə çox bağlıdır. Meksikada rəqəmsal ekosistem yaratmışıq. Bu, xəbər agentliyinin yeniliklərlə bağlı xəbər hazırlayarkən yeni üsullardan istifadə etməsini şərtləndirir. Eyni zamanda bunun sayəsində bizim agentliyin dünyanı əhatə etməsi də genişlənir. Jurnalistlərə təlimlər keçirik, yeni texnologiyaları öyrədirik ki, yeni mənbələrə və istifadəçilərə çıxış əldə etsinlər. Biz ali məktəb tələbələri ilə görüşlər keçiririk və ən bacarıqlıları işə dəvət edirik. Onlar böyük jurnalist olacaq".

Maksim Minçev:
“İnternet müsbət xüsusiyyətlərlə yanaşı, yeni çağırış və problemləri də ortaya çıxardı”

Dünya Xəbər Agentliklərinin V Konqresinin sonuncu - beşinci sessiyası “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” mövzusuna həsr olunub. Sessiyanın moderatoru ABŞ-ın Associated Press (AP) agentliyinin beynəlxalq xəbərlər üzrə vitse-prezidenti Con Danişevski müzakirəyə çıxarılan mövzunun media üçün aktual məsələ olduğunu bildirib: “Keyfiyyətli jurnalistika rəqəmsal medianın inkişafı üçün çox vacibdir. Müasir dövrdə insanlar həqiqi və keyfiyyətli xəbər tələb edirlər. Ona görə də xəbər agentlikləri istehlakçılara daha dəqiq, keyfiyyətli və operativ xəbərlər çatdırmalıdırlar. Təbii ki, bu da asan başa gəlmir. Son illərdə 800-dən çox jurnalistin həlak olması bunu sübut edir. Bu baxımdan jurnalistlər auditoriya ilə qarşılıqlı əməkdaşlıq şəraitində işləməli, bu təzyiqlərə qarşı birlikdə mübarizə aparmalıdırlar.
Mərkəzi Avropa Universitetinin Avropa Qonşuluq Araşdırmaları Mərkəzinin insan hüquqları departamentinin rəhbəri Miklos Haraszti informasiya azadlığı ilə bağlı fikirlərini bölüşüb. Vurğulayıb ki, BMT-nin 70 il əvvəl qəbul etdiyi İnsan Haqları Bəyannaməsində informasiya azadlığına geniş yer ayrılıb. Demokratiya inkişaf etdikcə bəzi hökumətlər özlərinə aid olan və vaxtilə dövlət sirri hesab etdikləri informasiyanı mediaya ötürdülər. Lakin bu, yalnız bir neçə ölkədə baş verdi. Təəssüf ki, bəzi ölkələrdə mətbuata təzyiqlər hələ də qalır.
İnternetin inkişafı ilə mətbuatın yeni mərhələyə qədəm qoyduğunu deyən M.Haraszti vurğulayıb ki, müasir dövrdə bəzi ölkələr bir sıra məlumatları məxfilik adı altında jurnalistlərdən gizli saxlayırlar.
Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev bildirib ki, internetin yaranması və inkişafı maarifləndirmə prosesinə geniş təkan verdi. İnsanlar əvvəlcə düşünürdülər ki, internetin inkişafı biliklərin, məlumatların artmasına səbəb olacaq. Lakin bu, tam da gözlənilən səviyyədə baş vermədi. İnternet müsbət xüsusiyyətlərlə yanaşı, yeni çağırış və problemləri də ortaya çıxardı. Bu gün xəbər məkanı olduqca geniş məfhumdur və hər kəs çalışır ki, bu məkanda özünə yer tutsun və sosial fraqmentasiyanı hazırlasın.
“Müasir cəmiyyəti mediasız təsəvvür etmək mümkün deyil”, - deyən M.Minçev diqqətə çatdırıb ki, internetin inkişafı, sosial şəbəkələrin mövcudluğu şəraitində xəbər agentliklərinin informasiya məkanında dominant olması çox çətinləşib. Buna görə də xəbər agentlikləri həmrəy olmalıdır.
Qeyd edək ki, Bakı Konqresinin Bəyannaməsi qəbul edilib. Bakı şəhərində toplaşmış 130-dan artıq aparıcı informasiya agentliyinin və regional xəbər agentlikləri alyanslarının rəhbərlərinin imzaladığı bəyannamədə də göstərilib ki, üzləşdiyimiz ən böyük çağırışlar: Rəqəmsal erada söz azadlığı prinsiplərinə əsaslanan davamlı, müstəqil və qərəzsiz xəbər yayımının maliyyələşdirilməsi və müdafiəsidir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.10.2017
Ermənistanın Dağlıq Qarabağ yalanları BMT-də növbəti dəfə ifşa olunub
19.10.2017
“Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz”
18.10.2017
“Minsk qrupu həmsədrlərindən xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi üzrə təklif var”
17.10.2017
Cenevrə görüşü Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə necə təsir edə bilər?
16.10.2017
ABŞ Helsinki Komissiyasının keçirəcəyi dinləmələrin arxasında nə dayanır?

Şərh əlavə olunmayıb



    ,    
Ilkin Mustafayev
Fuad HÜSEYNZADƏ
Elsevər Məmmədov
Cavadxan QASIMOV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7530

1 Özbəkistanda yaşayan azərbaycanlı güləşçi 3-cü dəfə dünya çempionu olub
2 “Həyat 50 yaşdan sonra başlayır”
3 Azərbaycan Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gedib
4 “Azərbaycan nigeriyalılar üçün çox cazibədar ölkədir”
5 İdmançı enerjisini öz yetirmələrinə verən məşqçi
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info