Qafqaz Universitetinin tələbələri Pirallahıda tədbirdə iştirak ediblər
Tarix: 18.11.2016 | Saat: 12:07:00 | E-mail | Çapa göndər
Milli Dirçəliş günü münasibətilə Pirallahı rayonunun Mədəniyyət evi ilə Qafqaz Universiteti tədbir təşkil edib. Qonaqlar mədəniyyət evinin foyesində təşkil olunmuş Qafqaz Universitetinin Sənət mərkəzi tərəfindən hazırlanan rəsm sərgisi ilə tanış olublar.
Tədbirdə Pirallahı RİH-in rəhbərliyi, mədəniyyət işçiləri, müəllimlər, valideynlər və Qafqaz Universitetinin özfəaliyyət kollektivi iştirak ediblər.
Tədbirlərdə çıxış edən natiqlər bildiriblər ki, 1988-ci ilin noyabrın 17-dən başlayan meydan hərəkatı azad Azərbaycan uğrunda savaşın təməlini qoyub. Qeyd edilib ki, bu hərəkatda əsas qüvvəni gənclər təşkil edib. Natiqlər öz çıxışlarında meydan hərəkatından sonra xalqımıza qarşı yönəldilən açıq təcavüzlərdən, ölkəmizin müstəqillik qazanmasından sonra siyasi böhranın dərinləşməsindən və vətəndaş qarşıdurmasının yaranmasından, xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından, xalqı parçalanmaqdan, ölkəni dağılmaqdan xilas etməyindən və son dövrdə müstəqil Azərbaycanın sürətli inkişafından danışıblar. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan dövlətinin bayrağının daha da yüksək zirvələrdə dalğalanacağını diqqətə çatdırılıb.
Milli Dirçəliş günü münasibətilə təşkil olunan tədbirdə  Qafqaz Universitetinin Dram dərnəyinin tələbələri tərəfindən İlyas Əfəndiyevin “Qarabağnamə” “Hökmdar və qızı” tamaşasından bir səhnə nümayiş olunub. Daha sonra Qafqaz Universitetinin özfəaliyyət kollektivinin ifalarında vətənpərvərlik mövzusunda şeirlər, mahnı və rəqslər nümayiş olunub. Tədbirin sonunda rayon rəhbərliyi tərəfindən Qafqaz Universitetinin Dram dərnəyinin bədii rəhbəri, tədbirin təşkilatçısı və quruluşçu rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovaya təşəkkür plaketi təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2018
Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisi açılıb
24.04.2018
Ramiz Mehdiyev: “DİDK-da yol verilmiş nöqsanlar Fuad Muradovun rəhbərliyi ilə aradan qalxacaq”
24.04.2018
“Ermənilər Azərbaycana uğurlu ölkə kimi baxırlar”
24.04.2018
Elmin İnkişafı Fondu ilə “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
24.04.2018
Bakı Ali Neft Məktəbi SOCAR-ın III Beynəlxalq Forumunu keçirir

Şərh əlavə olunmayıb



    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9087

1 Qazaxıstandakı azərbaycanlı general-mayor təltif olunub
2 İlham Əliyevin andiçmə mərasimi olub
3 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
4 “Mossad”ın keçmiş şefi: “Ərəb baharı”na kimi kəşfiyyat orqanları sosial şəbəkələrə o qədər də böyük önəm vermirdi”
5 “Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info