Təhsildə İKT-nin tətbiqi ölkəmizdə prioritet istiqamətlərdən biridir
Tarix: 18.11.2016 | Saat: 19:51:00 | E-mail | Çapa göndər
T əhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilib

Bu gün dünyada belə bir fikir var ki, informasiya kommunikasiya texnologiyalarına (İKT) malik olmadan, heç bir nəzəri metodologiyanı praktikada tətbiq etmək olmaz. Ola bilsin ki, biz yüksək biliyə və materiallara malik olaq, amma praktika da onu tətbiq etmək üçün İKT sistemlərinə, avadanlıqlarına, məlumatların idarə olunmasına, müasir poroqram təminatı, serverlərə və s. malik olmaq lazımdır. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycanda İKT-nin tətbiqini prioritet məsələ hesab edir.
İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir bilik və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazırlanıb həyata keçirilib ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı Milli Strategiya qəbul olunub. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, ölkə başçısı respublikamızda, ümumiyyətlə, informasiya cəmiyyətinin qurulması ilə əlaqədar bir “Elektron Azərbaycan Dövlət Proqramı” qəbul edib. Proqramın icrasından əldə olunan nəticələrin davam etdirilməsi və genişləndirilməsi məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nı (Elektron Azərbaycan) təsdiqləyib. Dövlət proqramı dörd əsas istiqamət üzrə reallaşdırılıb: bunlar telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli idarəetmə orqanlarında informasiya kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, eləcə də İKT ixrac və rəqabətə davamlılığın gücləndirilməsidir. Dövlət proqramı çərçivəsində artıq təhsil, səhiyyə, mədəniyyət, ədliyyə, vergilər və digər sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən İKT layihələri həyata keçirilib.

Təhsilin bu günün tələblərinə cavab verməsi məqsədi üçün İKT mühüm vasitə rolunu oynayır

Bununla yanaşı, cəmiyyətin ayrı-ayrı müxtəlif sahələrində də İKT-nin geniş tətbiqi üçün müxtəlif proqramlar qəbul olunur. Və cəmiyyətdə təhsilin missiyası, təhsilin üzərinə düşən vəzifələr çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, təhsilin qarşısındakı vəzifələrin həyata keçirilməsi, təhsilin bu günün tələblərinə cavab verməsi məqsədilə İKT mühüm vasitə rolunu oynayır. Məhz bu nöqteyi-nəzərindən ilkin olaraq "Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" qəbul olunub. Həmin proqramın hədəfi orta ümumtəhsil məktəblərinin kompüterləşdiriliməsi idi. Xüsusən də hər 29 şagirdə bir kompüterin düşməsi bu proqramın qarşısında duran əsas vəzifələrdən bir idi. Amma bildiyimiz kimi, təkcə kompüterləşdirmə ilə bu işləri bitirmək olmaz. Çünki informasiya cəmiyyəti təkcə kompüterləşdirmə ilə yox, eyni zamanda bu kompüterlərin müasir bir şəbəkə infrastrukturunda qoşulmasını təmin etməkdir. Ona görə də Prezident İlham Əliyev bu zərurət və əvvəlki görülmüş işlər nəzər alınmaqla “2008-2012-ci illərdə Azərbaycan Resrublikasında təhsil sisteminin informasiyalasdırılması uzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqda sərəncam imzalayıb.
Dövlət proqram qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə yönəlmişdi. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

İnfrastrukturun təkamülü təhsilin inkişafına güclü təsir göstərib
Azərbaycan təhsili informasiya kommunikasiya texnologiyalarının sistemli tətbiqinin templərinə görə nəinki region ölkələrini, hətta bir sıra Avropa ölkələrini də üstələməkdədir. Artıq ölkəmizdə bu gün digər ölkələrin planlaşdırdığı strategiyaları real olaraq həyata keçirilir və bu, beynəlxalq səviyyədə böyük maraqla qarşılanır.
İKT-nin təhsildə tətbiqi baxımından Təhsil Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında səmərəli əməkdaşlıq mövcuddur. Bildiyimiz kimi, təhsil sisteminin informasiyalaşdırılmasının əsas istiqamətlərindən biri də infrastrukturun inkişafıdır. Bu prosesdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi yaxından əməkdaşlıq edərək regionda analoqu olmayan “Azərbaycan Təhsil Şəbəkəsi”ni (AZEDUNET) yaradıblar. Dövlət proqramı çərçivəsində yaradılan AZEDUNET ölkəmizin təhsil sistemini vahid bir informasiya məkanında birləşdimək məqsədi daşıyır. AZEDUNET-in əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksəksürətli internet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir. Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksəksürətli məlumat mübadiləsini təmin etməyə imkan yaradıb və bununla da milli elektron təhsil şəbəkəsinin inkişafına təkan verilib, həmçinin məzmuna çıxış daha da asanlaşıb. Bundan əlavə, təhlükəsiz informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil ocaqları ardıcıl surətdə internetə çıxışla təmin olunur.
Azərbaycan Təhsil Şəbəkəsi təhsil sisteminə dünya standartlarına uyğun bir sıra xidmət və servisləri təqdim edib. Qeyd edək ki, Azərbaycan Təhsil Şəbəkəsinin yaradılması RYTN-in birbaşa dəstəyi ilə həyata keçirilir və şəbəkə üzrə işlərin görülməsi üçün nazirlik AZEDUNET-ə yaxından kömək edir.
Ümumiyyətlə, infrastrukturun təkamülü təhsilin inkişafına güclü təsir göstərib. Distant tədris, təhsil şəbəkələrinin yaradılması və onların yüksək funksionallığı məhz infrastrukturun inkişafı sayəsində mümkün olub. Simsiz texnologiyalar isə tədrisin prinsipcə yeni bir səviyyəsində qurulmasını təmin edə bilər. Simsiz texnologiyalar üzərindən qurulan tədris “hər yerdə, hər zaman” məfhumu ilə xarakterizə edilə bilər. Nəzər çatdıraq ki, AZEDUNET-ə qoşulan məktəblərin sayı ildən-ilə artmaqdadır.

Azərbaycan təhsildə İKT-nin səviyyəsinə görə dünya ölkələri arasında yuxarı yerlərdən birini tutur
Təhsil Nazirliyinin mətbuat xidmətində aldığımız məlumata görə isə proqram çərçivəsində Məlumat və Resurs Mərkəzi yaradılıb və Milli Təhsil Portalı yaradılıb (www.edu.az) və s. işlər görülüb. Ümumi olaraq elektron resursların yaradılması istiqamətində yeni layihələr və tədbirlər həyata keçirilib.
Məlum olduğu kimi, təhsil sisteminin informasiyalaşdırilması prosesində müəllim əsas yer tutur. Təhsilin informasiyalaşdırlmasının müvəffəqiyyəti məhz müəllimin İKT sahəsində biliklərinin səviyyəsindən və onun bu sahədə olan vərdişlərinin tədrisdə tətbiqindən birbaşa asılıdır. Maraqlıdır ki, pedaqoji hazırlığın komponenti üzrə atılan addımlar tam olaraq dünya müəllimlərinin İKT üzrə biliklərinin artırılması istiqamətində müşahidə edilən islahatlarla da eynilik təşkil edir.
Yetişən nəslə “XXI əsr bacarıqları”nı aşılayan təhsilimiz az bir zamanda irəliyə doğru böyük bir addım atıb. Artıq Azərbaycan təhsildə informasiya kommunikasiya texnologiyalarının səviyyəsinə görə dünya ölkələri arasında yuxarı yerlərdən birini tutur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
28.03.2017
“Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
27.03.2017
Ermənistanın işğalçılıq siyasəti beynəlxalq tribunalarda da pislənilir
27.03.2017
Cocuq Mərcanlıya səfər edənlərin sayı artır
17.03.2017
Qatı ermənipərəst Frank Engel kimdir?!
17.03.2017
“Avropada Qarabağdan danışmağın əsil vaxtı çatıb”

Şərh əlavə olunmayıb



    ,    
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Azər Allahverdiyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5969

1 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
2 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
3 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
4 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
5 Sankt-Petrbruqda keçirilən festivalda Azərbaycan mətbəxi təqdim olunub
28.03 12:41 Neft bahalaşır
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info