Azərbaycanda ən böyük “BakcellIM” Sumqayıtda fəaliyyətə başladı
Tarix: 18.11.2016 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti öz xidmət və məhsullarını abunəçilərinə daha yaxın etmək məqsədilə satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu dəfə şirkət Sumqayıt şəhərində növbəti Satış və Xidmət Mərkəzinin açılışını edib.
Abunəçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində (Şərq Bazarının yanı) yerləşən bu yeni konsept və dizaynlı Satış və Xidmət Mərkəzinə təşrif buyurmaqla həm “Bakcell” xidmət və məhsulları haqda məlumat əldə edə və satışda olan müxtəlif mobil cihazları sınaqdan keçirə bilərlər.
“Sumqayıt bizim abunəçi bazasının çox geniş olduğu şəhərlərdən biridir. Açılışına toplandığımız bu yeni Satış və Xidmət Mərkəzi Azərbaycanda ən böyük “BakcellIM”dir. İnanırıq ki, Sumqayıt şəhərinin sakinləri və qonaqlar bu mərkəzdə bizim xidmətlərimizdən rahatlıqla faydalanacaqlar”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Hazırda “Bakcell”in paytaxt və bölgələrdə 30 Xidmət Mərkəzi öz abunəçilərinə ən üstün müştəri xidməti göstərir. Şirkət öz xidmətlərini abunəçilərinə daha yaxın etmək üçün satış və xidmət şəbəkəsini daha da genişləndirəcək.




 
Bölməyə aid digər xəbərlər
18.08.2018
Naxçıvanda müəllimlərin işə qəbulu ilk dəfə olaraq test imtahanı ilə həyata keçiriləcək
18.08.2018
Bu il Beyləqanda 20 min ton pambıq istehsal olunacağı gözlənilir
18.08.2018
Dövlət Gömrük Komitəsi iş adamlarına müraciət edib
17.08.2018
Gəncə Dövlət Universitetində plan yerləri 94,9 faiz dolub
16.08.2018
Avqustun 17-də hava meteohəssas insanlar üçün əlverişli olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9903

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Türkiyə mediası V Zirvə toplantısından yazır


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info