“Türkiyədə toxuculuqda işləmiş azərbaycanlılar pensiya ala biləcəklər”
Tarix: 22.11.2016 | Saat: 14:36:00 | E-mail | Çapa göndər
İstanbul Universiteti Çapa tibb fakültəsinin döş qəfəsi xəstəlikləri kafedrasının müdiri, professor Zəki Kılıçaslanın APA-ya müsahibəsi
 
- Türkiyənin bəzi toxuculuq müəssisələrində işləmiş fəhlələrdə ağciyər xərçəngi olma ehtimalıyla bağlı 6,5 il əvvəl agentliyimiz vasitəsilə Azərbaycana müraciət etmiş və o sahədə işləmiş fəhlələrin Türkiyədə dövlətə müraciət edərək pensiya hüququ əldə etmələrini istəmişdiniz. Deyəsən, o təhlükə hələ də qalmağa davam edir.
 

- Əvvəl də danışdığımız kimi, Azərbaycandan gələn fəhlələr parça qumlama sahəsində işləyərkən onlardan bəzilərinin xəstəliyə yaxalandığını eşitmişdik. O vaxt 4-5 azərbaycanlı fəhlə ilə görüşmüşdük, onların məndə qeydiyyatları da vardı. İki gün əvvəl bizə bir azərbaycanlı fəhlə müraciət etdi, o da eyni sahədə işləyib və xəstəliyi var. O arkadaşdan aldığımız məlumata görə, Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən də çoxlu sayda tanışı, qohumu bu işdə işləyib. Azərbaycandan bu sahədə çox adamın işlədiyini dedi və Nehrəm kəndində xəstələrin olduğunu, hətta öz kəndindən 10  fəhlənin gənc yaşda öldüyünü bildirdi. Türkiyənin bəzi yerlərində də o cür insanların yaşadığını sözlərinə əlavə etdi. Biz o arkadaşın sözlərini eşidincə məsələnin yenidən gündəmə gətirilməsini düşündük. Bildiyiniz kimi, bizim gördüyümüz işlərin nəticəsində Türkiyədə bu iş qadağan edildi, xüsusi qanun Məclisdən keçdi və o fəhlələr sığortasız işləmələrinə baxmayaraq, yüksək də olmasa, pensiya almağa haqq qazandılar. Hal-hazırda o fəhlələr dövlətdən 600-800 lirə pensiya alırlar. Azərbaycanlı fəhlələr də eyni sahədə işləyiblər, eyni xəstəliyə yaxalanıblar. Türkiyə Cümhuriyyətinin qanunları onları da qoruyur. Biz azərbaycanlı fəhlə qardaşlarımızın da eyni haqlardan faydalanmasının lazım olduğunu düşünürük. Onlar həyatdadırlarsa, özlərinə, ölüblərsə, yaxınlarına maddi dəstək verilməsi lazımdır. Azərbaycan hökumətiylə Türkiyə hökumətinin bir araya gələrək bu problemi həll etməsini istəyirik. Çünki 25-30 yaşlarında ölümə tərk edilmiş fəhlələr var, biz onların haqlarının bir an əvvəl verilməsini tələb edirik.
 
- Siz bu iş üçün qeyri-hökumət təşkilatı da yaradaraq uzun müddət mübarizə aparmışdınız. İndi yenidən fəaliyyətinizi gücləndirəcəksinizmi? Siyasi kimliyinizi də işin içinə qataraq...
 
- Təbii ki. Mən bu işi sosial kimliyimlə görürəm. Bu da siyasətin mövzusudur, ancaq biz cins şalvar parçası qumlama komitəsi yaratmışdıq. Bu məsələni yenidən vahiməli şəkildə eşidincə, hansı işləri bir an əvvəl  görməyimizin lazım olduğunu müzakirə etdik. Lazımi ön çalışmalardan sonra ehtiyac olması halında, bəzi iş yoldaşlarımız o bölgələrə gedərək xəstələri tapacaq, lazımi işləri görəcəklər. Biz bunu həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirik. Çünki beynəlxalq miqyasda geniş əlaqələrimiz var.
 
- “Bölgəyə gedəcəyik” deyəndə Azərbaycanı da nəzərdə tutursunuz?
 
- Bəli, Azərbaycana getməyi nəzərdə tuturdum. Naxçıvandakı həkimlərlə danışmaq, xəstələrin yaxınlarıyla görüşmək lazım gələcək. Daha sonra bu məsələni beynəlxalq miqyasa çıxaracağıq.
 
- Onu soruşacaqdım: o vaxt AB-dən dəstək almışdınız, indi də AB-yə müraciət edəcəksinizmi?
 

- Bəli. AB ilə işləyən “Clean Clothes Co.” adlı QHT ilə yaxın əməkdaşlığımız var. Toxuculuq sahəsindəki fəhlələrin haqlarının yaxşılaşdırılması, insan haqlarının müdafiəsinin gücləndirilməsi məsələləriylə yaxından məşğul olurlar. Biz o QHT ilə birlikdə işləyərək məsələni beynəlxalq ictimaiyyətin gündəminə gətirməyi düşünürük.
 
- Bəhs etdiyiniz bölgələrdən gələn insanlar İstanbulun bəzi yerlərində icmalar halında yaşayırlar. Onlarla da əlaqə yaradacaqsınızmı?
 

- Bəli, bəli, olması lazımdır. Əslində əvvəllər oralardan bir neçə nəfərlə görüşmüşdük, Halkalıda yaşayırdılar. Axırıncı gələn arkadaşımız da o tərəfdə yaşayır. Türkiyədən və Azərbaycandan bir çox fəhlənin xəstələnərək öz bölgəsinə qayıtdığını bilirik. Təəssüf ki, onlar qayıtdıqları yerlərdə göz görə-görə ölürlər.
 
- Eyni sahədə işləyib xəstələnənlər də var, xəstələnməyənlər də. Xəstələnməyənlər barədə nə düşünürsünüz?
 
- Əslində bəzilərinin şikayəti olmasa belə, onlar da xəstələnmiş ola bilər. Yüngül xəstələnənlərin belə müayinədən keçib qeydiyyata düşmələri lazımdır. Ağciyər rentgenlərində xəstəlik görünürsə, onlara da təzminat verilməsi lazım gəlir.




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
22.06.2017
“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
20.06.2017
“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
19.06.2017
“Ruhuma daha yaxını müəllimlikdir”
16.06.2017
“Peşəkarlıq yaşa baxmır”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6809

1 Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
2 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
3 “Ermənistanın işğalçılıq siyasəti: regionda təhlükəsizlik və humanitar fəlakət”
4 Daxili Qoşunların Şirvandakı hərbi hissəsinin açılışı olub
5 Avropa ölkələri borc bataqlığında
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info