Yapon jurnalistin adı arzuolunmaz şəxslər siyahısından çıxarılıb
Tarix: 23.11.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Yaponiya vətəndaşı, “Mainichi” xəbər agentliyinin əməkdaşı Hitoşi Omae Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məktubunda o, işğal edilmiş ərazilərimizə Azərbaycan Respublikasının icazəsi olmadan səfər etməsinin qeyri-qanuni olmasından xəbərsiz olduğunu bildirərək, səfərlə bağlı təəssüfünü ifadə edib. O, səfərin nəticələri ilə əlaqədar yazdığı məqalələrin hər hansı bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini vurğulayıb.
Məktubda Hitoşi Omae, həmçinin ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Yaponiya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edərək, səfərin təşkili üçün müvafiq kömək göstərilməsini xahiş edib.
Hitoşi Omaenin müraciəti və onun media nümayəndəsi olması müvafiq qaydada nəzərə alınıb və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
21.09.2019
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış edib
21.09.2019
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava
21.09.2019
İlham Əliyev: “Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib”
20.09.2019
Azərbaycan Ordusu yeni kamikadze PUA-nı təlimdə sınaqdan çıxardı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info