“Nur Art House turistlərə mədəniyyətimizin təbliğində təmənnasız xidmət edəcək”
Tarix: 23.11.2016 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Bugünlərdə İçərişəhərdə yeni bir mədəniyyət ocağının açılışı olub. Nur Art House adlı yeni qalereya mədəniyyət və incəsənətin müxtəlif növlərini bir araya gətirəcək.
Tədbirin təşkilatçılarından olan Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Vüsalə Məmmədzadə bildirdi ki, Nur Art House qalereyası sənətşünaslıq üzrə elmlər doktoru, şöhrət ordenli, professor Röya xanım Tağıyevanın təşəbbüsü ilə açılıb: “Bildiyimiz kimi, Röya xanım Tağıyevanın Azərbaycan mədəni irsinin tədqiqatında, təbliğatında, qorunmasında və dünyaya inteqrasiya olunmasında əvəzsiz rolu olub. Onun Azərbaycan, rus və ingilis dillərində nəşr edilən "Azərbaycan süjetli xalçalar" kitabı, eləcə də yeni işıq üzü görmüş " Azərbaycan Xalçası ensiklopediyasi" kitabları mədəni irsimizin yaşamasında və gələcək nəsillərə doğru, dürüst çatdırılmasında əvəz olunmaz əsərlərdir. Yeni yaradıcılıq qalereyası olan Nur Art House mərkəzinin açılmasında məqsəd dekorativ tətbiqi sənətin və təsviri sənətin bütün sahələrinə aid yaradıcılıq nümunələrinin tanınmasına nail olmaq və istedadlı gəncləri uşaqları dəstəkləməkdir”. Bu sahədə maarifləndirici konfransların keçirilməsi, eləcə də mədəniyyət sahəsini əhatə edən kitabların təqdimatının keçirilməsi də nəzərdə tutulduğunu deyən V.Məmmədzadə bildirdi ki, bunlarla yanaşı, bu Nur ocağında tez-tez muğam gecələrinin təşkili də nəzərdə tutulub: “Hər birimizə məlumdur ki, paytaxtımıza gələn əcnəbi turistlərin yolu birinci İçərişəhərdən kecir. İnanıram ki, İçərişərdən keçən əcnəbi qonaqlarımız üçün ən maraqlı məkan da elə bu Nur ocağı olacaq ki, onlar burda canlı olaraq Ümumdünya mədəni irs siyahısının qeyri-maddi mədəni irs siyahısına daxil olmuş xalçaçılıq sənəti, muğam sənəti ilə canlı, yaxından tanış ola biləcəklər. Beləliklə də bu yeni açılmış Nur ocağı, həm xalqımıza, həm də ölkəmizə gələn əcnəbi turistlərə mədəniyyətimizin təbliğində təmənnasız xidmət edəcək”.
Tədbirdə Portuqaliyanın ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər vəkili Mariya Joao Lopes Kardoso, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, Xalq rəssamı Arif Əziz, muğam ustadları və digər sənət adamları iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
Baş Prokurorluq ibtidai sinif müəlliminin intiharı ilə bağlı yeni məlumat yayıb
18.09.2020
Bu il 947 nәfәr daimi yaşamaq üçün Azәrbaycana gəlib
17.09.2020
Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması ilə bağlı qanun layihəsi hazırlana bilər
17.09.2020
Gələcəkdə fəxri ad alan şəxslərin üzərinə müəyyən öhdəliklər qoyula bilər
17.09.2020
Qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
2 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır
3 Jurnalistlər üçün onlayn formatda üçüncü təlim keçirilib
4 Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
5 “Yanar dağ” qoruğu Dövlət Turizm Agentliyinin tabeliyinə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info