“Azərbaycanın multikulturalizm modelinə böyük marağım yarandı, bu sahəni öyrənməkdən şərəf duyuram”
Tarix: 23.11.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Osmanlı tarixinin tədqiqatçısı, fransalı professor Fransua Jorjo bugünlərdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) daimi elmi seminarında məruzəçi qismində iştirak edib.
BBMM-nin mətbuat xidmətindən verilən məlumata görə, fransalı alim BBMM-in mətbuat xidmətinə müsahibəsində ölkəmizlə bağlı təəssüratlarını, Azərbaycanın multikulturalizm modeli ilə bağlı fikir və düşüncələrini bölüşüb:
“Azərbaycanda olmağımdan çox məmnunam. Bakıya ilk gəlişimdir, təəssüf ki, indiyə qədər buraya gəlmək üçün fürsət tapa bilməmişəm. Bakı qədimliklə modernizmin qaynayıb-qarışdığı maraqlı şəhərdir. Burada həm orta əsrlərə aid tarixi memarlıq nümunələri, həm də iyirmi birinci əsrə aid müasir görünüşlü binalar var. Məsələn, İçərişəhərdə qalıram, ordan əzəmətli göydələnləri görə bilirəm. Bakıda möhtəşəm bir zaman kəsimi, tarixi bir sintez var. Bu tarixin üstündə pərvəriş tapan Bakının gələcəkdə dünyanın ən önəmli şəhərlərindən biri olacağına əminəm.
Azərbaycanla qiyabi tanışlığım isə çox-çox illər əvvələ gedib çıxır. Osmanlı tarixini, xüsusən də “Gənc türklər” hərəkatını araşdırarkən, eləcə də Yusuf Akçuranın həyat və fəaliyyətinə həsr olunmuş diplom işimi yazarkən tarixi mənbələrdə bu görkəmli türkçü alimin adının yanında İsmayıl bəy Qaspıralı, Əhməd bəy Ağayev kimi imzalar diqqətimi çəkdi. Adını çəkdiyim görkəmli şəxsiyyətlər və onların həmmüasirləri ilə bağlı 1996-cı ildə “XIX əsrin ortaları -XX əsrin əvvəllərində Azərbaycanda modernləşmə haqqında qeydlər” məqaləsini yazdım. Yazıda çox dərindən olmasa da, həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslər, rus dominantlığı haqqında fikirlərim öz əksini tapıb.
Fransada Osmanlı, Orta Şərq və Qafqaz tarixinə böyük maraq var. Osmanlı plüralist cəmiyyətin formalaşdığı kosmopolit bir imperatorluq idi. Bu yanaşı dinc yaşamın necə əldə olunması fransız oxucusuna maraqlıdır. 25 il öncə Osmanlı tarixi ilə bağlı digər müəlliflərlə birgə yazdığım 200 səhifəlik kitab Fransada 30 min nüsxə ilə satılıb. Bu, böyük bir rəqəmdir. Bu yaxınlarda da digər araşdırmaçıların həmmüəllifliyi ilə 1300 səhifəlik “Osmanlı tarixi lüğəti” adlı kitabımız işıq üzü görəcək. Gələcək tədqiqatlarımla bağlı Bakıdakı arxivlərlə də əlaqə saxlamağı, burada araşdırmalar aparmağı düşünürəm.
İndiyə qədər Azərbaycanın multikulturalizm modeli ilə yaxından tanış deyildim. Mən multikulturalizm ideyalarının bu qədər təbliğ olunduğunu, yayıldığını, bir xalqın əsrlərlə sürən həyat tərzi və dövlət siyasətində aparıcı xətt olduğunu ilk dəfə Azərbaycanda gördüm. Azərbaycanın multikulturalizm modelinə böyük marağım yarandı və bu sahəni öyrənməkdən şərəf duyuram. Fransada multikulturalizm bir az mürəkkəb anlayışdır. Düşünürəm ki, dünyada insanların sülh şəraitində yaşaması, plüralizmin inkişafı və çoxmədəniyyətliliyin qorunub saxlanması üçün Azərbaycanın multikulturalizm modeli dəyərli örnəkdir. Bir fransız kimi Fransa üçün də bu multikulturalizm modelinin önəmli ola biləcəyini düşünürəm. Artıq multikultural bir dünyaya alışmağımız və bunu qəbul etməyimiz lazımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info