“İstəyirik Azərbaycan yaponların daha çox sevdikləri ölkələrdən olsun”
Tarix: 23.11.2016 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


“Kurosaka” kitabxanası Yaponiya ilə Azərbaycan arasında mədəni əlaqələrin daha da inkişafına töhfələr verməyə çalışacaq. Məqsədimiz Yaponiyanı Azərbaycanda, Odlar Yurdunu isə bu Gündoğar ölkədə daha geniş tanıtmaqdır.
Bu sözləri AZƏRTAC-ın Yaponiyadaki xüsusi müxbirinə müsahibəsində Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan “Kurosaka” kitabxanasının təsisçisi, Yaponiyanın “Thomson Reuters” şirkətinin məsləhətçisi Munehisa Kurosaka deyib.
M.Kurosaka bildirib ki, cari ilin martında Bakıya səfəri zamanı Dillər Universitetində keçirilən görüşdə yapon dilini öyrənən tələbələr lazımi ədəbiyyatın az olduğunu və imkan daxilində belə kitabların Azərbaycana göndərilməsinə kömək göstərməyi xahiş etdilər. Yaponiyaya qayıtdıqdan sonra mən bu məqsədlə kitablar toplamağa başladım. Tezliklə həmin kitabları biz Azərbaycana göndərdik. Azərbaycan Dillər Universitetinin Yapon Dili Mərkəzi bu kitabları qəbul etdikdən sonra mənim adımı daşıyan kitabxana yaratmağı təklif etdi. Hazırda burada yapon dilində müxtəlif sahələri əhatə edən 700-dən çox nəşr toplanıb. Eyni zamanda, bu məqsədlə Yaponiyada 10 minə yaxın kitab və digər nəşrlər də toplamışıq. Bu işdə Azərbaycanı sevən dostlarımız mənə yaxından kömək edirlər. Həmin kitabların tezliklə Azərbaycana göndərilməsi ilə bağlı müvafiq iş aparırıq.
Bu kitabların Azərbaycandakı yaponiyaşünaslar üçün əvəzedilməz mənbə olacağını bildirən M.Kurosaka qeyd edib ki, həmin kitabxana Yaponiyanın öyrənilməsinə kömək etməklə yanaşı, iki dost xalq arasında əlaqələrin inkişafına da böyük təsir göstərəcək.
Yaponiyada fəaliyyət göstərən Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbərliyi ilə bu günlərdə görüşdüyünü diqqətə çatdıran M.Kurosaka ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq, Azərbaycan dilində ədəbiyyatın Gündoğar ölkədə yayılması, Tokio universitetlərində respublikamızın təbliği yolları barədə fikir mübadiləsi apardıqlarını bildirib. Qeyd edib ki, bundan əlavə, Azərbaycanın Yaponiyadakı səfirliyi ilə də həmin istiqamətlərdə müvafiq layihələrin reallaşdırılması planlaşdırılıb. Son illər dinamik inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycan barədə orijinal dildə nəşrlərdən ibarət kitabxananın yaradılması Yaponiyada Azərbaycanı tədqiq edən alim və tələbələr üçün böyük əhəmiyyətə malik ola bilər. Həmin kitabxanada Azərbaycan, onun regionları, tarixi, coğrafiyası, mədəniyyəti haqqında digər dillərdə kitabların toplanması da faydalı olar.
M.Kurosaka vurğulayıb ki, həm Azərbaycanın Yaponiyadakı səfirliyi, həm də Yaponiya-Azərbaycan Dostluq Mərkəzi ilə birlikdə həyata keçiriləcək layihələr Azərbaycanın Yaponiyada daha geniş tanıdılmasında mühüm rol oynayacaq. Bu məqsədlə Yaponiyanın müxtəlif yerlərində təşkil olunan beynəlxalq festivallarda Azərbaycanın xüsusi stendlə təqdim olunması mühüm rol oynaya bilər.
Azərbaycana səfəri barədə təəssüratlarını bölüşən M.Kurosaka Bakının gözəlliyinin onu heyran etdiyini, bu şəhərin öz tarixi abidələri, müasir tikililəri, insanların qonaqpərvərliyi ilə hər kəsdə xoş hisslər doğurduğunu vurğulayıb. Bildirib ki, ilk Avropa Oyunları, Formula-1 kimi yarışların təşkili, digər beynəlxalq tədbirlər Azərbaycanı bütün dünyaya tanıdıb. Azərbaycan mədəniyyəti, mətbəxi, eyni zamanda, buradakı tolerantlıq, sabitlik, firavanlıq insanları özünə cəlb edir. Biz çox istəyirik ki, müstəqilliyinin bərpasının 25 illiyini mühüm uğurlarla qeyd edən Azərbaycan yaponların daha çox sevdikləri və buraya böyük maraqla səfər etdikləri ölkələrdən birinə çevrilsin.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info