Türkiyədə Azərbaycan əleyhinə fəaliyyət göstərən şəbəkəyə qarşı mübarizəyə başlanılıb
Tarix: 23.11.2016 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.
APA-nın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, internet qəzetinin baş redaktoru, eyni zamanda “Azadlıq” qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib.
Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb.
Mənbə əlavə edib ki, internet qəzetin fəaliyyətinin dayandırlmasına səbəb burda Azərbaycan xalqı və dövləti haqqında həqiqətə uyğun olmayan, qərəzli informasiyaların yayımının olmasıdır.
 
Məlumata görə, Türkiyədə bu cür fəaliyyəti davam etdirən, həmçinin "erməni diasporu və bəzi xarici dairələr tərəfindən idarə olunan, təlimatlandırılan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə" qarşı da ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq onlardan bir neçəsinə bu fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.
 
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyəyə səfər edərək aidiyyəti qurumların rəhbərləri və səlahiyyətli nümayəndələri ilə görüşüb. Görüşlərdə daxili siyasi məsələlər, o cümlədən xaricdən idarə olunaraq hər iki ölkənin əleyhinə fəaliyyət göstərən qruplarla bağlı ciddi müzakirələr aparılıb. Hazırda Türkiyədə anti-Azərbaycan şəbəkənin neytrallaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərin də aparılmış müzakirələrin nəticəsi olduğunu deməyə əsas verir.




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
İzvestiya: Dağlıq Qarabağdan əhalinin təxliyəsinə başlanılıb
26.09.2020
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır
26.09.2020
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, 22 nəfər ölüb -VİDEO
26.09.2020
Paşinyana Azərbaycanla müharibə niyə lazımdır? - Rusiyalı ekspertin şərhi
25.09.2020
Ermənistanda kənd sakinləri “Qazprom“un əməkdaşlarına hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info