ADPU-da “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib
Tarix: 23.11.2016 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təqdimatdan öncə “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən videoçarx nümayiş etdirilib. Təqdimatın aparıcısı mügənni Seyran Babayev olub.
TN-nin “BİR” Tələbə-Könüllü Proqramının assistenti Canoğlan İlyasov təqdimatı giriş sözü ilə açaraq proqram barədə geniş məlumat verib. Bildirib ki, bu proqram könüllü tələbələrlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər böyük rol oynayırlar. Bu proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunaraq dünyagörüşlərini genişləndirir və akademik təhsildən ayrılmadan sosial fəallıqlarını artırırlar. Proqram Təhsil Nazirliyinin tabeçiliyində olan 18 ali təhsil müəssisəsini əhatə edir. Proqramın seçim meyarlarına tələbənin könüllü şəkildə proqram və tədbirlərdə iştirak etməsi, təhsil aldığı ali təhsil müəssisəsində ictimai fəallığı ilə seçilməsi, yüksək təşkilatçılıq bacarığı, stressə davamlılığı, qətiyyətli, əzmli, məsuliyyətli və diqqətli olması, təhlil etmək və araşdırma aparmaq bacarığının olması, yaradıcılığı, yenilikçiliyi, işgüzar etiket haqqında məlumatlılığı, müxtəlifyönümlü ictimai işlərdə təcrübəyə malik olması, rus və ingilis dillərini bilməsi daxildir. Proqramın icrası ilə bağlı bir çox universitetlərdə tədbirlər keçirilib, proqramın icrasının dekabr ayının sonlarında yekunlaşması planlaşdırılır. Qeyd etmək yerinə düşər ki, gələn il Azərbaycanda keçiriləcək bir neçə mötəbər idman yarışlarında və mədəniyyət tədbirlərində “BİR” Tələbə-Könüllü Proqramı çərçivəsində könüllü tələbələrin iştirakı nəzərdə tutulur.
Təqdimatda əyləncəli videoçarxlar nümayiş etdirilib, tələbə-gənclərin proqramla bağlı sualları cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır
27.09.2020
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
27.09.2020
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info