“Avropa Oyunlarını Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkil etmişik”
Tarix: 23.11.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham ƏliyevAvropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.
 
APA-nın məlumatına görə, Bakıya birinci Avropa Oyunları zamanı səfərini xatırlayan qonaq Oyunların hətta Olimpiya Oyunlarından da yüksək səviyyədə keçirildiyini, ölkəmizə gələn xarici qonaqların buradan çox gözəl xatirələrlə ayrıldığını qeyd edərək, bu cür tədbirlərin keçirilməsinin Azərbaycanın gələcək inkişafı üçün gözəl bir investisiya olduğunu vurğulayıb.
 
2017-ci ildə Bakıda qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin keçirilməsi barədə qərarın önəmini diqqətə çatdıran A. Boriçiç tədbirin ölkəmizdə uğurla təşkil ediləcəyinə ümidvar olduğunu deyib və bu işlərə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
 
Azərbaycanda idmanın inkişafına böyük önəm verildiyini deyən Prezident İlham Əliyev bütün idman tədbirlərinin yüksək səviyyədə təşkili üçün ölkəmizin böyük səylər göstərdiyini vurğulayıb. Bakıda keçirilən birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan dövlət başçısı qeyd edib ki, ölkəmiz bu Oyunların Yay Olimpiya Oyunlarından da yüksək səviyyədə təşkilini qarşısına məqsəd qoymuşdu və buna nail olub. Azərbaycan komandasının 2016-cı il Rio Olimpiya Oyunlarında medalların sayına görə dünya ölkələri arasında 15-ci yeri tutduğunu deyən dövlət başçısı bunun böyük uğur olduğunu qeyd edib.
 
Ölkəmizdə idmanın təbliğinə, həmçinin müxtəlif beynəlxalq tədbirlərin təşkilinə böyük diqqət yetirildiyini vurğulayan Prezident İlham Əliyev qadınlar arasında Voleybol üzrə Avropa Çempionatının final mərhələsinin də Azərbaycanda uğurla keçiriləcəyinə, tədbirin mühüm beynəlxalq idman hadisəsinə çevriləcəyinə əminliyini ifadə edib.
 




 
Bölməyə aid digər xəbərlər
28.09.2020
“Ermənistan öz işğalçı əməllərindən əl çəkməsə, çoxlu zabitləri, generalları, əsgərləri məhv ediləcək”
27.09.2020
MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur
27.09.2020
Ordumuza məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının vurulması yalandır
27.09.2020
Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib
27.09.2020
MN: Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info