BSU-da sağlam həyat tərzini təbliğ edən tədbir
Tarix: 23.11.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetində “Narkomaniya hədəfinə çevrilməmək naminə sağlam həyat tərzi seçin” adlı maarifləndirmə tədbiri keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü ilə baş tutan tədbirdə BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova ali təhsil müəssisələrində mütamadi olaraq belə tədbirlərin keçirilməsini gənclərin sağlam cəmiyyətə inteqrasiya etməsində mühüm addım kimi qiymətləndirib. Tədbirin mahiyyəti barədə məlumat verən Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Vasif Quliyev Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaranma tarixi və fəaliyyəti barədə danışıb. Narkomaniya ilə mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazasının tamamilə təkmilləşdirildiyini deyən V. Quliyev Dövlət Komissiyası tərəfindən bu istiqamətdə görülən işlərdən söz açıb.
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədli, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov, Təhsil Nazirliyinin baş məsləhətçisi Elnur Əlizadə və Dövlət Komissiyasının əməkdaşı Raqib Allahverdiyev çıxışlarında narkomaniya ilə bağlı xəstəliklər və narkotiklə mübarizə etməyin yolları barədə məlumat veriblər. Narkomaniyanın cəmiyyətdə törətdiyi bəlalardan danışan çıxışçılar onun insan orqanizmində yaratdığı fəsadlar, fiziki və psixi asılılığı barədə iştirakçıları məlumatlandırıblar.
Tədbirdə narkomaniya ilə bağlı slayd nümayiş olunub, gənclərə narkotik əleyhinə mübarizə aparmaq barədə broşurlar paylanılıb. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info