“ABŞ-ın sanksiyaları uzatması cavabsız qalmayacaq”
Tarix: 23.11.2016 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


“ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik”. 
Bu sözləri İranın ali lideri ayətullah Seyid Əli Xamenei “Bəsic” könüllülər təşkilatının komandirləri və üzvləri ilə görüşdə deyib. 
Ayətullah Xamenei bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib: “Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, Hərtərəfli Birgə Fəaliyyət Planı pozular. Onlar bilsinlər ki, İslam Respublikası buna reaksiya verəcək”. 
İranın ali rəhbəri çıxışının davamında qeyd edib ki, “Bəsic” inqilab dövrünün heyrət doğuran fenomenlərindən biridir: “Bu fenomenin yaradılması üçün imam Xomeyniyə Allah tərəfindən ilham verilmişdi ki, islam inqilabının taleyini gənclərə tapşırsın”. 
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi İrana qarşı daha öncə tətbiq edilmiş sanksiyaların müddətini daha 10 il uzadıb.
 
Tural




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib
15.09.2019
“S-400“ün ikinci batareya materiallarının da təslimi tamamlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info