Prezident təqaüdçüsü: “Məhz BANM gələcək planlarımı gerçəkləşdirə bilər”
Tarix: 23.11.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər
BANM Prezident təqaüdçüləri ilə bağlı yeni bir layihəyə başlayır. Bu layihə “BANM-in Prezident təqaüdçülərinə 10 sual” adlanır. Beləliklə, sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Reyhanə Kərimli cavablandırır.
-Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin.
-Mənim adım Reyhanə Kərimlidir. 1998-ci il dekabr ayının 19-da Sabirabad rayonunda anadan olmuşam. 2005-ci ildə Belarus Respublikasının Qrodno şəhərində təhsilə başlamışam. Daha sonra, 2007-ci ildən Bakı şəhəri Nizami rayonu 272 saylı orta məktəbdə təhsilimi davam etdirmişəm və 2016-cı ildə elə həmin məktəbin məzunu olmuşam.
-İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
-İmtahan dövrü ilə bağlı unudulmaz təəssüratlarım var. Həmin dövrdə bir qədər həyəcan və narahatçılıq keçirməyimə baxmayaraq, imtahanda göstərdiyim nəticənin sayəsində bütün yorğunluq və sıxıntı bir anda xoş bir xatirəyə çevrildi.
-Nə qədər bal topladınız?
-Məqsədimin 700 bal olmasına baxmayaraq, qəbul imtahanında 690 bal toplayaraq Prezident təqaüdçülərinin sırasına daxil oldum.
-Niyə məhz BANM-i seçdiniz?
-BANM-in ilk açıldığı ildən yüksək bal toplayan tələbələrin buraya üz tutmasını görüb, “əgər nə vaxtsa yüksək bal toplasam, mən də buranı seçəcəyəm” - deyə düşünürdüm. 10-cu sinifdə oxuyanda BANM haqqında bir qədər də məlumat topladım və əmin oldum ki, məhz BANM mənim gələcək planlarımı gerçəkləşdirə bilər.
-Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
-Ailədə mənim kiçik yaşlarımdan oxumaq həvəsimin şahidi olmuşdular və həmişə mənim təhsilimi davam etdirməyimi dəstəkləyiblər.
-Ən böyük arzunuz nədir?
-Hər bir tələbə kimi mənim də arzularım, daha doğrusu, məqsədim var. Hazırda ən böyük məqsədim BANM-də yaradılmış şəraitdən istifadə edərək peşəkar mühəndis olmaqdır.
-İxtisasınız haqqında nə demək istərdiniz?
-Mənim fikrimcə, hələlik hazırlıq kursunda oxuduğumdan ixtisasım haqqında tam məlumatım yoxdur, amma bu ixtisası seçməzdən əvvəl BANM-in rəsmi səhifəsindən və digər mənbələrdən maraqlanaraq Proseslərin avtomatlaşdırılması mühəndısliyi ixtisasının məhz mənim arzuladığım sahə olduğuna əmin oldum.
-Hobbiniz nədir?
-Boş vaxtımda əsasən, musiqiyə qulaq asıram, amma maraqlı kitaba rast gələndə oxuyuram, xoşuma gələn eskizlər görəndə onların rəsmini çəkirəm.
-Başqa hansı maraqlarınız var?
-Uşaqlıqdan rəqsə, gimnastikanın müxtəlif növlərinə, skripka və fortepiano musiqi alətlərinə marağım var. Həmçinin, ingilis dilindən başqa, gələcəkdə alman dilini də öyrənmək istəyirəm.
-Hansı janrda kitabları oxuyursunuz?
-Janrından asılı olmayaraq klassik əsərləri oxuyuram, amma oxuduğum kitabların içində daha çox povestlər üstünlük təşkil edir.
Nigar












 
Bölməyə aid digər xəbərlər
24.04.2017
ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
24.04.2017
BANM-in müəllimi: “Məzunlarımız BANM-in adını hər zaman layiqincə yaşadacaqlar”
21.04.2017
İctimai səhiyyə üzrə bakalavr təhsili alan ilk azərbaycanlı
18.04.2017
Azərbaycanı tanıdan albaniyalı tarixçi
17.04.2017
Ədəbi tənqid gələcəklə bağlı elmdir

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6294

1 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
2 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
5 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info