Kambocalı nazir Azərbaycan şirkətlərini ölkəsinin neft yataqlarının işlənilməsinə dəvət edib
Tarix: 23.11.2016 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Kamboca ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi üçün enerji üzrə ixtisaslaşan Azərbaycan şirkətlərini ölkəmizdə qəbul etməyə hazırıq. Bu fikri Kamboca Krallığının mədən və enerji naziri Suy Sem Azərbaycan səfiri Anar İmanov ilə görüşdə bəyan edib. Nazir Suy Sem Azərbaycan şirkətlərini Kambocanın neft yataqlarının işlənilməsinə dəvət etdiyini bildirib.
Azərbaycanın iqamətgahı Hanoy şəhərində olmaqla Kamboca Krallığına akkreditə olunmuş səfirliyindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı səfir Anar İmanov Kambocanın Baş naziri Hun Senin 2014-cü ildə Bakıya rəsmi səfərinin iki ölkə arasında geniş əməkdaşlıq imkanlarına malik olan münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir qeyd olunan səfər zamanı müxtəlif sahələr üzrə, o cümlədən enerji sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.
Görüşdə Azərbaycan ilə Kamboca arasında enerji sahəsində əməkdaşlığın inkişafı ilə bağlı zəruri tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info