Azərbaycanda fəaliyyət göstərən şirkətlər və Auditorlar Palatasının üzvləri üçün təlim keçiriləcək
Tarix: 23.11.2016 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


Noyabrın 29-da Auditorlar Palatasında “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) əsasında konsolidə edilmiş maliyyə hesabatlarının praktikası” və “Korporasiyadaxili fırıldaqçılıq və dələduzluqla mübarizə, mühasibat uçotu məlumatlarının bilərəkdən təhrif edilməsi əlamətlərinin aşkar olunması” mövzularında təlim keçiriləcək.
AZƏRTAC Auditorlar Palatasına istinadla xəbər verir ki, təlim ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq standartların tətbiqinin təmin edilməsi və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə təşkil olunur.
Təlimlər "Ernst & Yanq" beynəlxalq auditor şirkətinin, "Barattson School of Business & Finance" tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri Nəcəf Talıbov tərəfindən aparılacaq.
Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların mütəxəssisləri iştirak edəcəklər. Sonda maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanmasının metodologiyası, Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış maliyyə hesabatlarının MHBS-lərə transferi texnologiyası tədris olunacaq, mühasibat-maliyyə mövzusunda dinləyiciləri maraqlandıran suallar cavablandırılacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
Naxçıvan Ali Məclisinin Sədri yanında KİVDF yaradılıb - FƏRMAN
19.09.2019
Daxili İşlər naziri gənc zabitləri təbrik edib
19.09.2019
Fuad Qəhrəmanlının həyat yoldaşı boşanma ilə bağlı məhkəməyə müraciət edib
19.09.2019
Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
19.09.2019
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəki və Zaqatalada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info