Qabanellinin “erməni sevdası”
Tarix: 23.11.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər
Tural Tağıyev |

Bir neçə gün öncə italyan jurnalist Milena Qabanelli növbəti dəfə Azərbaycan əleyhinə veriliş hazırladı. Ermənistana gələrək buradan Azərbaycan ərazisinə- Dağlıq Qarabağa icazəsiz yollanan Qabanelli Xankəndidə separatçı rejimin nümayəndələri və rəhbərləri ilə görüşdü. Bu addımın qanunsuz olduğunu anlayan bu jurnalist münaqişə ilə bağlı anormal reportajından doymayaraq, proqramında Azərbaycanda insan hüquqları və vətəndaş cəmiyyəti barədə ağız dolusu yalanlar da danışdı. Qabanelli peşəkarlıqdan yad bir adam olduğunu isə toxunduğu mövzuları yalnız birtərəfli işıqlandırması ilə sübut etdi. Həm Ermənistanla olan münaqişədə ermənilərin mövqeyini öyrənməsi və Azərbaycanla bağlı buna cəhd etməməsi, həm də insan haqları ilə bağlı ölkəmizdən heç bir rəsmi şəxsin fikrinin verməməsi buna sübut ola bilər. Əvəzində Qabanelli nə edir? Həmişə təkcə Azərbaycan hökuməti əleyhinə deyil, elə zaman-zaman xalq əleyhinə də çıxışlar edib, radikallığı ilə seçilən üzdəniraq müxalifləri ekrana çıxarır. Təbii, bu da incə bir məqamdır ki, Qabanelli Azərbaycana olan nifrətini onların çıxışında tapa bilərdi. Buna misal olaraq jurnalist Xədicə İsmayıl, daim xaricdən ölkəmiz əleyhinə olan istənilən kampaniyalara qoşulan AXCP sədri Əli Kərimli, daha çox Azərbaycana zərbə olacaq addımları ilə tanınan Almaniyanın insan haqları üzrə ombudsmanı Kristof Ştrasser, habelə İtaliyanın Apuliya regionunun rəhbəri Mikele Emilianonu misal göstərmək olar. İtaliyadan sifarişlə veriliş hazırlayan bir jurnalistin önə çıxması isə onlar üçün göydəndüşmə oldu.
Qabanellinin "Dağlıq Qarabağ ermənilərinin həyatı barədə" reportajı özünü ən iyrənc formada göstərdi. O deyib: "Bizə göstərdikləri köməyə və xüsusilə də təqdim etdikləri faktlara görə erməni dostlara təşəkkür etmək istərdim". Oxucularımız bu “dostlar” kəlməsini unutmasınlar.
Guya hadisə yerində obyektiv və qərəzsiz informasiya almaq üçün Dağlıq Qarabağa, Azərbaycanın erməni işğalında olan ərazilərinə yollanan "Report"un çəkiliş qrupu öncə qarabağlı erməni separatçılarının "XİN başçısı" Karen Mirzoyanla görüşüb.
"Report"un əməkdaşının erməni səngərlərinə yollanması, orada keşişlə "təsadüfən" qarşılaşması da maraqlı məqamdır. O keşiş isə səsinə miskinlik çalarları verərək deyir ki, “Azərbaycan bizə qarşı yalnız xristian olduğumuz üçün vuruşur”. Hətta hündür təpədə qoyulmuş xaçı göstərərək bildirilir ki, guya azərbaycanlılar daim bu xaçı atəşə tutaraq xristianlara olan nifrətlərini göstərirlər. Qabanelli əgər “qabanlara” qoşulmasaydı və öz işində peşəkarcasına davranıb Azərbaycandan da reportaj hazırlasaydı, təbii ki, ona sual ediləcəkdi ki, qanunsuz səfər etdiyiniz Dağlıq Qarabağda dağıdılan məscidləri, tövlə, anbar kimi istifadə olunan, dağıdılan dini məbədlərimizi necə, çəkdinizmi? O zaman buna necə dəyər verək? Bəlkə də döyüş şəraitində bu dini atributa güllə dəyib. Qabanellinin verilişində bu güllələrdən danışılır, bir neçə il öncə Ağdamda azyaşlı uşağın snayperlə vurulması haqqında niyə söz açılmır? Yaxud da aprel hadisələri zamanı ermənilərin qadağan olunmuş mərmini kəndlərə atmasından, yüzlərlə mülki evləri dağıtmalarından niyə söz açılmır? Hansı ki, bu hadisələr zamanı çox az sayda erməni mülki obyektləri zədə gördü. Çünki Azərbaycan ordusu erməni ordusundan fərqli olaraq mülki əhalini deyil, hərbi obyektləri hədəf almışdı. Qabanelli görəsən öz vicdanına sual edirmi ki, müharibə ocaqlarında, cəbhə xəttində keşişlə niyə “təsadüfən” rastlaşsın ki? Bu, əslində münaqişəyə dini don geyindirməyin tərkib hissəsi deyilmi? Adi xaçın dərdini çəkənlər nədən Bakının mərkəzində dağıdılmaq əvəzinə təmir edilərək, qorunan erməni kilsəsi haqqında niyə söz açmasınlar ki? Çünki onların barbar dedikləri azərbaycanlılar əslində tolerant, humanist millətdir. Ermənilər isə hiyləgər, qəddar, əsl barbar olmaqla yanaşı, özlərinə bənzər insanları da tez öz tərəflərinə çəkə bilirlər. Buna misal olaraq italyan jurnalistin anormal reportajını göstərmək olar. Qabanelli, əlbəttə dünyaca məşhur jurnalist, ictimai- siyasi xadim deyil. Amma belələrinə cavab verməyəndə, susdurub faktlarla çıxılmaz vəziyyətə salmayanda öz işini davam etdirəcək. Bir milyondan çox qaçqını olan bir ölkəni qoyub, Ermənistana, oradan isə işğal altında olan torpaqlara gedən jurnalistdən hansı obyektivliyi gözləmək olardı axı? Bir daha qeyd edirəm ki, əgər erməniləri məzlum, əzilən xalq kimi təqdim etmək istəyirsənsə, bunun üçün tutarlı əsasların, faktların olmalıdır. Hansısa xaçı çəkməklə özünü gülünc vəziyyətinə qoymuş olursan. Çünki bütün dünya Dağlıq Qarabağ ərazisinin məhz siyasi səbəblər üzündən işğal altında qaldığını bilir, bu torpaqların Azərbaycan ərazisi olmasını beynəlxalq təşkilatlar da təsdiq edirlər. Belədə bu məsələyə dini don geyindirməyin heç yeri yox idi. Qısası Qabanellinin “erməni sevdası” başa düşüləndir.





 
Müəllifin son yazıları

27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?
20.09.2016 “Tapşırıq Qərbdən gəlib”
11.01.2016 Yolunuzu düz seçin
06.03.2015 Saxta profillərlə insanları təhqir edənlər cəzalandırılmalıdırlar
07.11.2014 Qərb təkbaşına dünyanı idarə edə bilmir

Şərh əlavə olunmayıb



    ,    
Elşad QOCA
Elvin Babayev 
Tural Tağıyev
Ümüd Səlimzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 7765

1 Gənclər Təşkilatları Milli Şurası 22-ci ilini qeyd edir
2 Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
3 “Azərbaycanımızı tanıtmağa davam edəcəyik”
4 Azərbaycanda multikulturalizm modeli
5 Xeyirxahlığından həzz alan insan
24.11 12:24 Sənə doğru
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info