Pakistan-Hindistan savaşına doğru: Nüvə silahına sahib olan iki dövlətin toqquşmasını kim istəyir?
Tarix: 23.11.2016 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Hindistanda baş nazirin yeni strategiyasını “Doval planı” adlandırırlar

Dünən səhər saatlarında Pakistan-Hindistan sərhədində atışma baş verib. Pakistan ordusunun yaydığı məlumata görə, Hindistanın Punç, Kep, Radjauri və Maççal nəzarət məntəqələrindən avtomat silahlardan və minomyotlardan atılan atəş nəticəsində Pakistanın dörd mülki vətəndaşı həlak olub, yeddi nəfər yaralanıb. Digər məlumata görə, Pakistan ərazisində hərəkət edən avtobus Hindistan hərbçiləri tərəfindən müxtəlif silahlardan atəşə tutulub. “Dawn” nəşrinin yaydığı məlumata görə, avtobusdakı sərnişinlərin 9-u həlak olub, 11 nəfər yaralanıb.

Hindistan mediasının xəbərlərinə görə dünən səhərdən başlayan atışma 3 hindli əsgərin pakistanlılar tərəfindən öldürülməsi ilə bağlıdır. İki dövlət arasında münasibətlər son aylarda çox pisləşib. Xüsusilə sentyabrın 29-da baş verən əməliyyatlardan sonra təmas xəttində atəş səsləri səngimək bilmir. Həmin gün Hindistan ordusunun xüsusi təyinatlı qüvvələri Kəşmirdə təmas xəttini 5 yerdən keçərək Pakistan ərazisində yerləşən obyektlərə qarşı əməliyyat həyata keçirdiyini açıqladı. 39 radikal döyüşçünün və 9 Pakistan əsgərinin öldürüldüyü açıqlandı. Bundan sonra Pakistan da Hindistana eyni tərzdə cavab verdi. Belə ki, əməliyyatdan, sadəcə, bir neçə saat sonra Pakistan ordusunun artilleriya qurğuları Hindistan postlarını atəşə tutmağa başladı. Nəticədə 21 hindli əsgər öldürüldü, biri isə əsir alındı. Həmin tarixdən etibarən, demək olar ki, hər gün Hindistan-Pakistan sərhədində atışma baş verir. Tərəflər Kəşmirdən keçən təmas xəttində hər gün bir-birini atəşə tutmaqla məşğuldur. Sentyabr hadisələrinə qədər onsuz da tərəflər arasında atışmalar olurdu. Amma bu səviyyədə atışma son illərdə müşahidə olunmamışdı. Ekspertlər hesab edir ki, iki dövlət arasında müharibə yaradılmasını istəyən bəzi qüvvələr var və münaqişə onlar tərəfindən qızışdırılır. Hindistanın indiki baş naziri Narendra Modi dəfələrlə bəyan edib ki, vəziyyət bir az da kəskinləşərsə, onda Dehli İnda çayı ilə bağlı 1960-cı ildə imzalanmış sazişə yenidən baxa bilər. Modi bildirib ki, “qan və çay eyni yerdə axa bilməz”. Qeyd edək ki, bu çayın suyunun azaldılması və ya kəsilməsi pakistanlı fermerlər üçün böyük fəlakət ola bilər. Amma ekspertlər hesab edir ki, Hindistan bu addımı ata bilməz. Məsələ ondadır ki, Hindistanın bütün şimal-şərq hissəsini su ilə təmin edən Braxmaputra çayının qidalandığı mənbə Çin ərazisindədir. Çin isə Pakistanın müttəfiqi sayılır. Yəni Hindistan Pakistanı su ilə cəzalandıracağı halda, Çin də müttəfiqinə yardım edərək Hindistanı eyni formada cəzalandıra bilər. Hindistanın indiki baş naziri ABŞ dövlət başçısı Obamanı dostu adlandırır. ABŞ-ın yeni seçilən prezidentinin bölgədə kimin dostu olacağı həlledici məsələ ola bilər. Pakistan bu məsələdə Çinlə müttəfiqlik edərək Dehlinin bir çox addımlarının qarşısını ala bilir. Ekspertlər hesab edir ki, Hindistanın sərt siyasət həyata keçirməsinin səbəblərindən biri də hindlilər üçün əfsanəvi kəşfiyyatçı, ölkə daxilində və xaricində bir çox əməliyyatlarda iştirak etmiş, bir müddət qeyri-leqal fəaliyyətdə olmuş Adcit Kumar Dovalın baş nazirin təhlükəsizlik məsələləri üzrə köməkçisi təyin olunması ilə bağlıdır. Hindistanda baş nazirin yeni strategiyasını “Doval planı” adlandırırlar. Bu plana əsasən Hindistan da Pakistanın qarışıq və problemi regionu olan Bəlucistanda aranı qarışdırmaqla məşğuldur. Onlar hesab edirlər ki, Pakistan Kəşmirdə Hindistana problem yaratdığı kimi, Dehli də eyni ssenarini Bəlucistanda həyata keçirməlidir. Nüvə silahına malik olan iki dövlət arasında münasibətlərin kəskinləşməsi region üçün böyük təhlükə yarıdır. Amma regionda marağı olan ABŞ, Çin və Rusiyanın tərəflərə münasibəti, açıq-gizli yardımları burada həlledici rol oynayır. Tərəflərdən heç biri geri çəkilmək istəmir. Geri çəkilmə- həm Hindistan, həm də Pakistan hakimiyyətləri üçün siyasi xal itirilməsi deməkdir. İrəli getmək isə nüvə toqquşması riskini artırır.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
İsveçrə portalında Gəncə şəhəri haqqında məqalə yerləşdirilib
18.09.2019
“Mitinqlər inkişaf etmiş cəmiyyətlər üçün xarakterik deyil”
18.09.2019
Özbəkistan və Tacikistan silahlı qüvvələrinin iştirak etdiyi “Mərkəz-2019” birgə hərbi təlimi
18.09.2019
Rusiya sərhədçiləri 160 nəfər Şimali Koreya vətəndaşını saxlayıblar
18.09.2019
Bakıda çoxmənzilli binaların dam örtüklərinin təmirinə 10 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info