“Qırmızılar” Mosulu ələ keçirməyə çalışacaq
Tarix: 24.11.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


ABŞ ordusunun ən hazırlıqlı və müasir silahla təçhiz edilən diviziya qüvvələri İraqda görüntülənib

ABŞ Silahlı Qüvvələrinin “Böyük qırmızı bölmə” adı ilə tanınan Birinci Piyada Diviziya qüvvələri Mosulu “İŞİD” terrorçularından azad etmək üçün İraqa gətirilib. Bu hadisə “İŞİD”-ə qarşı mübarizə başlayandan ilk dəfədir ki, baş verir. Məsələ ondadır ki, diviziyanın ixtiyarında xüsusi tanklar, özüyeriyən artilleriya və başqa müasir silah növləri var.
Rəsmi məlumatda qeyd edilir ki, döyüş zonasına diviziyanın 500-ə qədər əsgəri göndərilib. Amma yayılan kadrlarda onların sayının çox olduğu diqqət çəkir. Rusiyanın “İzvestiya” nəşrinin məlumatına görə 500 nəfərlik diviziya üzvləri İraq qüvvələrinin Mosula hücumuna rəhbərlik edəcək. “Biz İraq komandirlərini, siravi heyət və polis zabitlərinin təliminə yardım edəcəyik. Məqsədimiz Dəclə və Fərat çayı vadisində-Lihdə cəmləşmiş “İŞİD”-ə qarşı əməliyyatın planlaşdırılması və həyata keçirilməsi olsa da, əsas məqsəd Mosulun azad edilməsindən ibarətdir” - deyə diviziyasının komandiri general-mayor Cozef Martin bildirib. İnternetdə yayılan görüntülər təsdiqləyir ki, İraqa ABŞ-ın təlim keçdiyi kadr heyəti ilə yanaşı, 1-ci atıcı diviziyası gətirilib. Onlar “İŞİD”-in Lihdəki mövqelərini atəş altında saxlayırlar.

İraq aviasiyasının “hava zərbələri nəticəsində “İŞİD”-in “informasiya naziri” məhv edilib

Bununla yanaşı, Karra bazasında ABŞ-ın “Abrams” tankları da görüntülənib. Ekspert Andrey Suşensov bildirib ki, Mosulun azad edilməsində ABŞ qoşunlarının iştirak etməməsini düşünmək o qədər də inandırıcı görünmür. Rusiyalı ekspertin fikrincə, yaranmış şəraitdə ABŞ qərar vermək məsələsində tərəddüd edir. Çünki ABŞ-ın İraqda müharibəyə qatılması o qədər də uğurlu qərar kimi dəyərləndirilmir. Obama administrasiyası da Fəllucadakı uğursuz döyüş təcrübəsinə istinadən bu mövzuya diqqəti azaltmağa çalışır. Lakin görünən budur ki, artıq Mosul üç tərəfdən mühasirəyə alınıb və ABŞ da öz hərbi qüvvələri ilə döyüşlərdə iştirak edəcək. Mosula hücum əməliyyatlarını ABŞ başda olmaqla beynəlxalq koalisiya aviasiyasının aktiv dəstəyi ilə ölkənin bir neçə güc strukturu eyni vaxtda həyata keçirir. Şəhərin şimal və şərq istiqamətindən hücum edən ordu və antiterror dəstələri Mosulun şərqində artıq bir sıra məhəllələrə daxil ola biliblər. Cənubdan isə şəhərə doğru federal polis dəstələri irəliləyir. Əməliyyatlarda, həmçinin şiə könüllüləri də iştirak edirlər. Onu da qeyd edək ki, İraq aviasiyasının “İŞİD” terror qruplaşmasının Mosuldakı mövqelərinə endirdiyi hava zərbələrinin gedişində yaraqlıların “informasiya naziri” öldürülüb. “RİA Novosti” xəbər verir ki, məhv edilən terrorçu “İŞİD”-in videomateriallarının çəkilişinə, ekstremist ədəbiyyatın nəşrinə və qruplaşmanın saytlarının yaradılmasına cavabdehlik daşıyırdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
14.09.2019
Husilәr Yәmәnin Hudeydә şәhәrinә hücum edib, ölәnlәr var
14.09.2019
ABŞ Şimali Koreyaya və Uqandaya qarşı yeni sanksiyalar tətbiq edib
14.09.2019
Latviya hökuməti İstanbul konvensiyasını imzalamadığı üçün tənqid olunub
13.09.2019
YPG/PKK terroçuları Afrini top atәşinә tutub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info