Basketbol üzrə 40-cı Avropa çempionatının püşkü atılıb
Tarix: 24.11.2016 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


İstanbulda, “Çırağan” sarayında basketbol üzrə 40-cı Avropa çempionatının püşkü atılıb. Gələn il avqustun 31-dən sentyabrın 17-dək keçiriləcək çempionatın oyunları dörd ölkədə - Finlandiya, İsrail, Rumıniya və Türkiyədə təşkil ediləcək.
Çempionatda 24 komanda 4 qrupda mübarizə aparacaq. Püşkün nəticələrinə görə, “A” qrupunda Polşa, Yunanıstan, Fransa, Finlandiya, İslandiya və Sloveniya yığma komandaları yer alıblar. Bu qrupun oyunları Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək. “B” qrupunda isə Ukrayna, İsrail, Litva, Gürcüstan, İtaliya və Almaniya yığma komandaları üz-üzə gələcəklər. Qrupun oyunları İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunacaq. “C” qrupunda Xorvatiya, Çexiya, İspaniya, Monteneqro, Rumıniya və Macarıstan yığma komandaları yarışacaqlar. Komandalar oyunlarını Rumıniyanın Kluj şəhərində keçirəcəklər. “D” qrupunda isə Böyük Britaniya, Rusiya, Serbiya, Latviya, Türkiyə və Belçika milli komandaları yer alıblar. Qrupun oyunları İstanbulda təşkil ediləcək. “EuroBasket-2017”-nin ikinci turunun qarşılaşmaları və final görüşləri İstanbuldakı “Sinan Erdem” İdman Mərkəzində oynanılacaq.




 
Bölməyə aid digər xəbərlər
18.09.2020
“Yuventus“ İquainlə yolları ayırdı
18.09.2020
“Qarabağ”ın Avropa Liqasında mümkün rəqibləri bəlli olub
17.09.2020
“Neftçi“ “Qalatasaray“a uduzub mübarizəni dayandırdı-VİDEO
17.09.2020
ÇL-də ən yaxşı oyunçu adına namizədlər
17.09.2020
Messidən iki gözəl qol - VIDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11601

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
3 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür
4 Baş Prokurorluq prokurorluq orqanlarına qəbul olmaq istəyən şəxslərə müraciət edib
5 Avropada nümayişçilər polis zorakılığına məruz qalır, amma bu məsələlər heç vaxt müzakirəyə çıxarılmır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info