İki boksçumuz finala yüksəlib
Tarix: 24.11.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən qadın boksçular arasında Avropa çempionatı davam edir. Turnirdə yarımfinal görüşlərinə start verilib. Rinqə çıxan üç boksçumuzdan ikisi artıq finala yüksəlib. Belə ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək çempionluğun bir addımlığına kimi irəliləyib.
Artıq onun rəqibi də məlumdu. Anna qızıl medal uğrunda yerli idmançı Stanimira Petrova ilə üzləşəcək. 69 kq çəkidə isə Yelena Vstropova rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Rəqibini məğlub edən boksçumuz da Anna kimi həlledici mərhələyə yüksəlib. 81 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Leyla Cavadova final yolunda Türkiyə təmsilçisi Elif Güneri ilə qarşılaşıb. Gərgin keçən döyüş rəqib idmançının qələbəsi ilə başa çatıb. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub. Daha bir təmsilçimiz, ən ağır çəkidə mübarizə aparan Aynur Rzayeva da Rusiya təmsilçisi Zemfira Maqomedaliyeva ilə döyüşüb. O, da komanda yoldaşı Leyla Cavadova kimi məğlub olub və bürünc medalla kifayətlənməli olub. Sankt-Peterburqda keçirilən gənc boksçular arasında dünya birinciliyində isə 1/ 8 finala yekun vurulub. Azərbaycan millisinin 2 üzvü daha bir mərhələ adlayıb. Belə ki, boksçularımızdan 60 kq çəki dərəcəsində mübarizə aparan Sərxan Əliyev irlandiyalı Patrik Donovana çətinliklə də olsa qalib gəlib - 3:2. Təmsilçimiz yarımfinal üçün Ukrayna millisinin erməni əsilli idmançısı Zorovar Petrosyanla döyüşəcək. Yığmamızın heyətində ən ağır çəki dərəcəsində rinqə çıxan Məhəmməd Abdullayev (+91 kq) də komanda yoldaşı kimi irlandiyalı üzərində qələbə qazanıb. O, Şihi Kevin 5:0 hesabı ilə məğlub edib. Abdullayev növbəti qarşılaşmasında Justis Hunini (Avstriya) sınağa çəkəcək. Onlardan fərqli, Ramazan Abdullayevlə (56 kq) Pərviz Quliyev (69 kq) 1/8 finalda mundialla vidalaşıblar. Onlar müvafiq olaraq, Sam Qudmana (Avstriya) və Pavlo Qula (Ukrayna)




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Qələbəyə layiq deyildik”
22.09.2019
Qvardiola “Manchester City“nin gələcək baş məşqçisinin adını açıqladı
22.09.2019
Yaponiya komandası 5 topla qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb
22.09.2019
Milli Gimnastika Arenasında Dünya Çempionatının sonuncu günü start götürüb
22.09.2019
Son 25 ilin ən uğursuz startı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info