Özəlləşmə nəticəsində ölkə iqtisadiyyatına 1,1 milyard dollar investisiya yatırılıb
Tarix: 24.11.2016 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək, səhmləri özəlləşdirilib

“Özəlləşdirmə sahəsində digər ölkələrin təcrübəsi öyrənilməklə iki dövlət proqramı, özəlləşdirmə ilə bağlı qanun və 50-dən çox normativ-hüquqi sənəd təsdiq olunub”.
Bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Bakı Ekspo Mərkəzində keçirilən “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfransda deyib. O bildirib ki, özəlləşdirmə prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 47 minə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi xüsusi mülkiyyətə verilib. Həmçinin 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilərək, səhmləri özəlləşdirilib. Yerli investorlarla yanaşı, xarici investorların da iştirak etdiyi investisiya müsabiqələri vasitəsilə özəlləşdirmə nəticəsində ölkə iqtisadiyyatına təxminən 1,1 milyard ABŞ dolları məbləğində investisiyalar yatırılıb. Komitə sədrinin müavini çıxışında Prezidentin rəhbərliyi ilə ölkədə aparılan uğurlu iqtisadi islahatların fonunda Azərbaycanda hazırda dövlət əmlakının özəlləşdirilməsinin prioritet sahə elan olunduğunu qeyd edib. O, ölkəmizdə özəlləşdirmənin tarixi, özəlləşdirmə prosesində yeni yanaşmalar və onun perspektivləri haqqında məlumat verib. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan genişmiqyaslı özəlləşdirmə prosesinin ötən müddətdə ölkə iqtisadiyyatının inkişafında oynadığı rolu xüsusilə vurğulayıb. Bunun davamı olaraq Prezidentin fərman və tapşırıqları ilə özəlləşdirmə prosesinin keyfiyyətcə yeni mərhələsinin başlandığı, bu prosesin qeyri-neft sektorunun inkişafına töhfəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, hazırda mühüm məsələlərdən biri də regionlarda rəqabətqabiliyyətli müəssisələrin fəaliyyətinin yenidən qurulması, istehsal potensialının artırılması, büdcə yükünün azaldılmasıdır. Ölkədə iqtisadi fəallığı gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib. Bu baxımdan dövlət başçısının 19 iyul 2016-cı il tarixli fərmanı xüsusi əhəmiyyətə malikdir. Fərmanla komitəyə ən mütərəqqi üsullarla və nüfuzlu məsləhətçi şirkətlərinin imkanlarından istifadə etməklə özəlləşdirmənin həyata keçirilməsi barədə tapşırıqlar verilib. Bu fərman və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə yeni dövlət müəssisə və obyektləri özəlləşdirilməyə açıq elan olunub. Vurğulanıb ki, bu müəssisələrin özəlləşdirilməyə açılması belə sahələrə yeni irihəcmli investisiyaların qoyulmasına zəmin yaradacaq. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə imkan verəcək. Tədbirdə diqqətə çatdırılıb ki, beynəlxalq əməkdaşlıq çərçivəsində komitə tərəfindən dünyada “Böyük Dördlük” kimi tanınan nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri, eləcə də investisiya qurumları və beynəlxalq maliyyə institutları ilə birgə işlər aparılıb. Komitə ilə dünya reytinqində nüfuzlu “PricewaterhouseCoopers” (PwC) beynəlxalq şirkəti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Qeyd edilib ki, özəlləşdirmənin yeni mərhələsində müasir informasiya kommunikasiya texnologiyaları və elektron xidmətlər aktiv tətbiq olunur. Prosesi daha optimal, şəffaf və rahat şəkildə reallaşdırmaq üçün Özəlləşdirmə portalı yaradılıb. R.Cəlilov deyib ki, komitə tərəfindən intensiv olaraq açıq və şəffaf hərraclar keçirilir. Hərrac barədə elanlar və hərracların nəticələri komitənin internet resursları və mətbu orqanları vasitəsilə ictimaiyyətə açıqlanır. Sədr müavini Azərbaycanda həyata keçirilən özəlləşmə prosesinin yeni mərhələsinin xarici investorlar üçün kifayət dərəcədə maraqlı olduğunu vurğulayıb. Hazırda ölkədə özəlləşdirmə prosesində tətbiq olunan yeniliklərin potensial xarici və yerli investorlara çatdırmaq və onları sərmayə yatırmağa dəvət etmək baxımından konfransın önəmi nəzərə çatdırılıb. Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələrinin ölkədəki iqtisadi mühit, qeyri-neft sektorunun inkişaf perspektivləri, vergi və gömrük siyasəti, strateji özəlləşdirmə və investorlar üçün bu kimi digər maraqlı məsələlərlə bağlı məruzələri dinlənilib. Ölkəyə investisiyaların cəlb edilməsi şərtləri, investorların maraqlarının təmin olunması, sərmayə yatırımı üçün münbit sahələr, investisiyadan sonrakı yenidənqurma və profil üzrə fəaliyyət və digər məsələlərə aydınlıq gətirilib. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasiyasının rəsmiləri, nüfuzlu beynəlxalq investisiya və əmlak şirkətlərinin rəhbərləri, eləcə də ictimai təşkilatlar iştirak edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
29.09.2020
Prezident: Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan
29.09.2020
Azərbaycan Prezidenti: Türkiyə münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur
29.09.2020
Prezident İlham Əliyev: Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələr feyk-nyusdur
29.09.2020
Prezident İlham Əliyev: Biz təcavüzkara adekvat cavab verməyə, öz xalqımızı və torpağımızı müdafiə etməyə məcbur idik
29.09.2020
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
3 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
4 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
5 Opera səhnəmizin “Nigar”ı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info