Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir
Tarix: 24.11.2016 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


299 sahibkar və gənc menecer Almaniyanın tədris
mərkəzlərində təlim və Berlin, Bonn şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər


Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması: Azərbaycan-Almaniya əməkdaşlığı” mövzusunda III Beynəlxalq Forum keçirilib.
İqtisadiyyat Nazirliyi ilə Almaniya Federativ Respublikasının İqtisadiyyat və Enerji Nazirliyinin “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində keçirilən tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GİZ), eləcə də 2009-2016-cı illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 100-dən çox sahibkar və menecerlər iştirak edib. Forumda çıxış edən İqtisadiyyat Nazirliyi aparatının rəhbəri Samir Vəliyev və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin idarə rəisinin müavini Andreas Oberşteller Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğulayıblar. Bildirilib ki, İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumlarına uyğun olaraq, 2009-cu ildən başlayaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində "İqtisadi kooperasiya" üzrə 1 ay müddətində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. Çıxışlarda, həmçinin Proqramın davam etdirilməsinin Azərbaycan gənclərinin menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Samir Vəliyev qeyd edib ki, hazırda Azərbaycanda 169 alman şirkəti fəaliyyət göstərir. Həmin şirkətlər tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 400 milyon dollardan çox investisiya yatırılıb. Almaniyanın ölkəmizdəki səfiri Michael Kindsgrab Almaniya- Azərbaycan iqtisadi əlaqələri və inkişaf perspektivləri barədə məlumat verib, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın əlaqələrin inkişafında rolunu qeyd edib. Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, GİZ-in layihələr üzrə rəhbəri Ronald Şulz və digərləri isə çıxışlarında "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" və ixtisasartırma kurslarının uğurlu nəticələri barədə məlumat veriblər. Qeyd edilib ki, Proqram icra olunduğu müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 299 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində təlim, Berlin, Bonn və s. şəhərlərindəki müəssisələrdə təcrübə keçiblər. Bununla yanaşı, Proqram çərçivəsində Almaniyanın müvafiq şirkətləri ilə yeni işgüzar əlaqələr yaradılıb və biznes müqavilələri imzalanıb. Tədbirdə çıxış edən sahibkarlar və gənc menecerlər "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kurslarında əldə etdikləri nəticələr, yaradılmış işgüzar əlaqələr və biznes müqavilələri barədə məlumat verib, ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi istefa verib
26.09.2020
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə yeni mətbuat katibi təyin olunub
26.09.2020
Şamil Ayrım: Nikol Paşinyanın davranışlarına baxdıqda onun bölgədə sülh və sabitlikdən uzaq bir siyasət apardığını görürük
26.09.2020
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
26.09.2020
Prezident İlham Əliyev Ukraynanın dövlət başçısına başsağlığı verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
2 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir
3 Ac qarına bir siqaret 10 ədədə bərabərdir – Xərçəngə yaxınlaşdırır
4 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
5 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info