Nüfuzlu daşınmaz əmlak şirkətləri Bakıda bir araya gəldi
Tarix: 24.11.2016 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi keçirilir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olublar. Əmlak Məsələləri Dövlət Komitəsi, “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisində Azərbaycan ilə yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan və Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri nümayiş olunur.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov dövlət başçısına komitənin stendi haqqında məlumat verib. Burada son illərdə Azərbaycanda əmlak-torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Dövlət başçısına Əmlak Məsələləri Dövlət Komitəsinin məhsulu olan Ünvan Reyestri İnformasiya Sisteminin məlumatları əsasında hazırlanmış ilk milli naviqasiya sistemi - AzNav barədə məlumat verilib. Naviqasiya sistemi Azərbaycan dili ilə yanaşı, ingilis, rus, alman, ərəb, türk, fransız, italyan və digər xarici dilləri də dəstəkləməklə çoxfunksiyalı imkanlara malikdir. Stenddə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış özəlləşdirmə portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir. Sərgidə İspaniyanın CHG şirkəti də təmsil olunur. 1972-ci ildən fəaliyyət göstərən şirkət burada “OLİVA NOVA Beach and Golf Resort” layihəsini təqdim edir. Sərgidə Portuqaliyanın “Mare Asset” şirkəti də öz layihələrini nümayiş etdirir. Azərbaycan Prezidenti şirkətin stendi ilə tanış olub. Dövlət başçısı “Onur Park Life” layihəsi ilə də tanış olub. Prezident “Bakı Ağ Şəhər” pavilyonuna da baxıb. Bu pavilyon maraq göstərilən stendlər sırasındadır. Bu, “Bakı Ağ Şəhər” layihəsinin 2011-ci ildə “Oil and Gas” sərgisindən sonra Azərbaycanda iştirak etdiyi ikinci sərgidir. Ağ Şəhərin 10 rayonundan 8-i tamamilə təmizlənərək, şəhər təsərrüfatında istifadə üçün yararlı vəziyyətə gətirilib. Beş il ərzində buradan 700 min kubmetr çirkli torpaq daşınaraq, ərazi tamamilə təmizlənib. “Fransız məhəlləsi” adı ilə tanınmış “Yaşıl Ada” rayonu ilk sakinlərini qəbul etməyə hazırlaşır. “Yaşıl Ada”da layihələndirilmiş Paris evlərinin tikintisi, habelə yol və kommunikasiya infrastrukturlarının inşası başa çatmaq üzrədir. Rayonun eksklüziv yaşayış kompleksi sayılan “Knightsbridge Residence”in tikintisinə də start verilib. Beş yaşayış binası, biznes mərkəzi və məktəbdən ibarət kompleksdə yaşıl zonalar da nəzərdə tutulub. Bu, son illərdə Bakıda şəhərsalma ilə bağlı həyata keçirilən ən mühüm və genişmiqyaslı layihədir. Layihənin reallaşdırılması nəticəsində dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının siması daha da müasirləşəcək. Dövlət başçısı “AZİNKO HOLDİNQ” MMC şirkətinin stendi ilə də tanış olub. Prezidentə şirkət tərəfindən Bakıda inşa olunan 50 mərtəbəli iş mərkəzi barədə məlumat verilib. Bildirildi ki, binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Binanın gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Regionda nümunəvi şəhərsalma layihəsi olan “AAAF Park” yaşayış kompleksi də sərgidə yeni layihələrini təqdim edir. Burada “Astara AAAF Park” və Gənclər şəhərciyi layihələri maraqla qarşılanır. Kompleksdə sakinlərin işlə təmini də nəzərdə tutulur. Şirkətin layihələri əsasən regionlarda inşa edilir və ilk layihə Xırdalan şəhərində reallaşdırılıb. “Asteco” şirkətinin stendi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, əsası Dubayda qoyulan şirkət 30 ildən artıqdır fəaliyyət göstərir. Şirkətin Böyük Britaniyada, Fransada, Almaniyada, Türkiyədə, Rusiyada, Çində, Avstraliyada və digər ölkələrdə ofisləri fəaliyyət göstərir. Şirkət Azərbaycanda da fəaliyyətə başlamağı planlaşdırır. Türkiyə sərgidə 5 şirkətlə təmsil olunur. Bunlar “Dövlət Daşınmaz Əmlak-Mənzil Müştərək İnvestisiya” MMC, həmçinin əmlak layihələrinin satışı şirkəti, “Tahincioğlu”, “Ağaoğlu” və “Özak” özəl şirkətlərdirlər. Bu şirkətlər sərgiyə Türkiyə Nazirlər Kabineti yanında Sosial Mənzil Baş İdarəsi tərəfindən cəlb olunub. Prezident və xanımı 330 hektarlıq ərazini əhatə edən “Dreamland”-“Xəyal Adası” yaşayış kompleksinin stendi ilə də tanış olublar. “Xəyal Adası” yaşayış kompleksi şəhərkənarı sakitlik ilə müasir həyat tərzini özündə cəmləşdirir. Burada 394 müasir ev və fərqli zövqlərə uyğun olaraq inşa edilmiş 7 üslubda 234 villa mövcuddur. On bir süni gölün yaradıldığı və hektarlarla yaşıllıq zolaqlarının salındığı “Xəyal Adası” yaşayış kompleksi artıq növbəti ilin fevral ayında ilk sakinlərini qəbul edəcək. Burada həm də müasir “SABİS Sun” beynəlxalq məktəbi və müasir tələblərə cavab verən qolf sahəsi fəaliyyət göstərir. Sərgi həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid nüfuzlu şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib
15.09.2019
Ermənilər atəşkəs rejimini 22 dəfə pozub
15.09.2019
Bakının işğaldan azad olunmasından 101 il ötür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info