“Yaponiya ilə Azərbaycanın çalışqanlığında oxşarlıq var”
Tarix: 28.11.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər
TomohiroYamasaki:
“Azərbaycanda digər insanları düşünmək mədəniyyəti çox inkişaf edib”

Bu gün Azərbaycanın iqtisadi potensialı xarici şirkətlərin də diqqətini çəkir. Əlbəttə, bunun əsas səbəbi ölkəmizin gündən-günə inkişafı, eyni zamanda diasporumuzun tanıtım tədbirləri keçirməsidir. Son zamanlar Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse - prezidenti Əlibəy Məmmədovun Yaponiyada bu kimi layihələr keçirməsi yerli şirkətlərin ölkəmizə marağını artırıb.Məhz bunun nəticəsidir ki, bu günlərdə elə Əlibəy Məmmədovun müşayiəti ilə Yaponiyanın A.V.C. Yayım İnkişafı Şirkətinin nümayəndə heyəti ölkəmizə səfər edib. Həmin şirkətin ölkəmizdə qonaq olan meneceri TomohiroYamasaki ilə müsahibəni təqdim edirik. Xatırladaq ki, TomohiroYamasaki 1979-cu il təvəllüdlüdür. 7 il ABŞ-da təhsil alıb. Daha sonra 11 il Tokioda moda ilə bağlı şirkətdə işləyib. Bu ilin aprelindən A.V.C.-də çalışır. Məqsədi boya-başa çatdığı Miyazakini regionunu inkişaf etdirməkdir.
-A.V.C.-də sizdən əsas tələb olunan nədir?
-İndi Yaponiyada belə bir vəziyyət yaranıb ki, iqtisadiyyat,əsasən,Tokioda cəmləşib. Yaponiyanın bundan sonra daha da güclü olması üçün təkcə Tokionun deyil, məhz regionların da güclü olmasına ehtiyac var. Ona görə mən mərkəzdə işimi dayandırıb öz regionuma getdim. İndi şirkətdə məndən tələb olunur ki, region hökumətdən asılı olmasın, öz gücü ilə inkişaf etsin.
-Regionu inkişaf etdirmək üçün hansı planlarınız var?
-Bunun bir üsulu olaraq məhz xaricdə biznes fəaliyyəti ilə məşğul olmağı düşündük. Ən birinci olaraq regionlarda kənd təsərrüfatı və balıqçılıq, eyni zamanda heyvandarlığın inkişafını görürük. Həmçinin məqsəd yerli məhsullarla ölkə daxilində olan ehtiyacı yüz faiz ödəmək və xaricə ixrac etməkdir. Təəssüflər olsun ki, bütün ölkələrdə hər kəs istəyir ki, öz məhsulu ilə özünü təmin etsin. Ona görə biz düşündük ki, Yaponiyanın kənd təsərrüfatı sahəsində olan təcrübə və texnikasını xaricə, o cümlədən Azərbaycana göndərək.
-Azərbaycana gəlməkdə məqsədiniz nədir?
- Yaponiyada şirkətlər beynəlxalq əməkdaşlıqda Asiya ölkələrinə üstünlük verirlər. Amma indi biz ora getsək, kəskin mübarizə getdiyinə görə, istənilən gəlir əldə etmək olmaz. Ona görə Yaponiyada hələ çox da tanınmayan ölkələri araşdırdıq. Bu ölkələr arasında Azərbaycan bazarına böyük maraq göstərdik. Bunun da səbəbi Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri, Dünya Azərbaycanlıları Assambleyasının Şərqi və Orta Asiya üzrə vitse - prezidenti Əlibəy Məmmədovla tanış olduğumuza görə Azərbaycanla bağlı çoxlu məlumatlar əldə etməyimizdir. Bu ilin aprel ayından başlayaraq Azərbaycanla bağlı 6 ay araşdırma apardıq. Sonda real vəziyyəti öz gözlərimizlə görmək üçün sizin ölkənizə gəldik.
-Azərbaycanla hansı sahədə əməkdaşlıq etməkdə maraqlısız?
-Bu məsələlər arasında düşündüyümüz iki əsas istiqamət var ki, biz əməkdaşlıq edə bilərik. Birincisi, Yaponiya bazarında çox da tanınmayan Azərbaycanın nar, bal, biyan, quru meyvələr və şərab kimi məhsullarını aparmaqdır.
İkinci isə Azərbaycanın regionları ilə bağlıdır. Düzdür, bu bir az vaxt sərf olunan uzunmüddətli strategiyadır. Azərbaycanın regionlarında çox gözəl məhsullar var. Biz bu məhsulların istehsal və emal sənayesini inkişaf etdirmək istəyirik.
Burada regionlarda güclü potensial var. Bundan istifadə edib iqtisadiyyatı daha da gücləndirmək olar. İstəyirik ki, Azərbaycanda dünya ilə rəqabət apara biləcək güclü zavodlar ortaya çıxsın. Lakin bunun üçün öncə infrastruktur salınmalıdır. Yəni, hər şeydən əvvəl, mühit yaradılmalıdır.
-Azərbaycanda sizə Yaponiyanı nə xatırlatdı?
- Bildiyiniz kimi, Yaponiya İkinci Dünya müharibəsində məğlub olmuşdu. Belə bir vəziyyətdən sonra Yaponiya öz gücünə inkişaf edib bu günə gəlib çıxıb. Azərbaycan da neftin qiyməti düşəndən sonra digər sahələri inkişaf etdirib iqtisadiyyatı daha da dirçəltməyə çalışır. Ona görə İkinci Dünya müharibəsindən sonrakı Yaponiya ilə Azərbaycanın çalışqanlığında oxşarlıq var.
Həmçinin bizdə evlərdə və ya restoranlarda insanlar yemək süfrələrində bir-birlərinə qulluq etməyə çalışırlar. Bu adəti Azərbaycanda da gördüm. Ümumiyyətlə, Azərbaycanda da digər insanları düşünmək mədəniyyəti çox inkişaf edib.
-Bəs Azərbaycan və azərbaycanlılarda əsas nəyi bəyəndiniz?
-İnsanlar bir-birləri ilə əməkdaşlığameyillidir. Yəni çalışırlar bir-birlərinə kömək etsinlər. Mən ABŞ-da yaşamışam, Avropaya səflərim olub. Oralarda insanlara balanslı münasibət yoxdur. Amma Azərbaycanda hamıya eyni gözlə baxılır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.06.2017
Azərbaycanda etnik, dini dözümlülük mühiti tarixi ənənələrdən bəhrələnən milli siyasətin nəticəsidir
22.06.2017
“Qazaxıstanda yaşayan həmvətənlərimizin bir-birləri ilə əlaqələri çox yaxşıdır”
20.06.2017
“Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
19.06.2017
“Ruhuma daha yaxını müəllimlikdir”
16.06.2017
“Peşəkarlıq yaşa baxmır”

Şərh əlavə olunmayıb



    ,    
Ülvi Hüseynli
Mübariz Nuriyev
Şəmsi Gülverdi
Aysel İbrahimova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6769

1 “Peşəkarlıq yaşa baxmır”
2 “Ruhuma daha yaxını müəllimlikdir”
3 “Özünüzə yaxşı müəllim seçin”
4 BANM-in dekanı: “BANM öz tələbələrinin gələcək karyera imkanlarına böyük əhəmiyyət verir”
5 “Uşaqların sevgisi məni bu ucqar kənd məktəbinə bağladı”
23.06 15:08 Ayaqlar üçün vanna
23.06 12:00 Formula 2 başladı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info