Azad Rəhimov Lənkəranda cənub bölgəsində yaşayan vətəndaşlarla görüşüb
Tarix: 02.04.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Gənclər və idman naziri Azad Rəhimov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində cənub bölgəsinin əhatə etdiyi Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarının vətəndaşları ilə görüşüb.
Görüşdə bölgədə yaşayan 50-dən çox vətəndaş iştirak edib. Yerli sakinlər əsasən öz şəxsi problemlərinin həlli ilə bağlı müxtəlif məsələlər üzrə kömək istəyib, gənclərin bir qismi isə müxtəlif ideya və təkliflər irəli sürüblər. Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən yol çəkilişi, sahibkarlıq fəaliyyəti, güləş məktəbinin açılması, süni örtüklü futbol meydançasının tikintisi, narkomaniya ilə mübarizə kurslarının təşkili, güzəştli ipoteka kreditlərinin verilməsi, dövlət qulluğuna qəbul, kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün mərkəzin inşası, yeni idman məktəblərinin və idman bölmələrinin açılması, elmi layihənin dəstəklənməsi, məktəbdə idman zalının tikintisi və s. məsələlərlə bağlı olub. Vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info