“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi gənclərə müraciət edib
Tarix: 02.04.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Əli Kərimli və onunla həmfikir olan “siyasətçilərin” məqsədi gənclərin adından sui-istifadə etməklə sabitliyi pozmaqdır”

“Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyi Azərbaycan gəncliyinə müraciət edib.
İctimai birlikdən daxil olan müraciətdə AXCP sədri Əli Kərimli ittiham olunub. Müraciətdə Ə. Kərimli “siyasi və ictimai sabitliyi pozmağa cəhd edən”, “vətəndaş qarşıdurmasının yaradılmasında maraqlı olan siyasi şəxs” kimi təqdim olunub, onun ətrafındakılar isə “gəncliyin adından sui-istifadə etməkdə” ittiham olunub. “O, şəxsi ambisiyaları, siyasi məqsədləri naminə Azərbaycan gənclərinin bir qismini yanlış yola sürükləməkdədir. Bəyan edirik ki, Əli Kərimlinin və onunla həmrəy, həmfikir olan “siyasətçilərin” Azərbaycan gəncliyinin problemi olduğunu deməklə, süni, heç bir sosial əsası olmayan şişirdilmiş şüarlarla bəzi gəncləri paytaxtın mərkəzi küçələrində qanunsuz mitinqlərə və ya nümayişlərə təhrik etmələrində məqsəd ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmaqdır” - deyə müraciətdə bildirilir.
Müraciətdə ictimai asayişi pozan şəxslərin qanun qarşısında cavab verməsinə mənfi reaksiyalar pislənilir: “Təbii ki, belə qanunsuz aksiyaların iştirakçıları saxlanılmalıdır. Bundan sonra isə beynəlxalq aləmə Azərbaycanda sərbəst toplaşma azadlığının pozulduğunu bəyan etmək üçün yaxşı fürsət yaranır. Belələrinin əsl niyyəti budur! Təbii ki, belə antiazərbaycan hərəkətlərindən düşmənlərimiz faydalanır, bununla da, Azərbaycanın beynəlxalq imicinə ağır zərbə vurulur”.
İctimai Birlik gəncləri şəxsi mənafelərdə alət olmamağa çağırıb, dövlətçiliyə qarşı atılan addımları pisləyib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info