Yaşıllar da Ədalətlə birgə yeni blok yaradır
Tarix: 02.04.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın üç müxalifət partiyası- Yaşıllar, Ədalət və Vətəndaş və İnkişaf (VİP) partiyaları tərəfindən yaradılması nəzərdə tutulan siyasi blok VİP-in iştirakı olmadan yaradılacaq. Bu barədə “Trend”ə Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib.
Məlumatında Güləliyev qeyd edib ki, bu üç partiyanın blok yaratmaq ilə bağlı fəaliyyəti keçən ilin mart-aprel aylarından başladı və təqribən bir il davam etdi. Bu bir il ərzində həm əsasnamə, həm fəaliyyət proqramı hazırlandı, partiyaların fəaliyyət konturları müzakirə olundu və sonra siyasi şuralar səviyyəsində danışıqlar aparıldı. Bu yaxınlarda blokun təqdimatının keçirilməsi nəzərdə tutulurdu, lakin gözlənilmədən VİP belə bir blokun yaradılmasında iştirak etməyəcəyini bəyan etdi və heç bir səbəb göstərmədi.
Partiya sədri vurğulayıb ki, “bu həm Yaşıllar, həm də Ədalət partiyaları üçün gözlənilməz bir xəbər oldu, çünki heç bir səbəbsiz əvvəldən xəbərdarlıq olmadan birdən-birə VİP bu blokda iştirak edə bilməyəcəyini bəyan etdi. Əlbəttə biz ona uğurlar arzu edirik. Ancaq Yaşıllar və Ədalət partiyaları qərara gəldi ki, bu proses iki partiya çərçivəsində davam etsin. Gələcəkdə də hansı partiyalar qoşularsa, biz onlarla əməkdaşlıq etməyə hazırıq”.
Onun sözlərinə görə, bu yaxınlarada artıq yeni blokun təqdimatının keçirilməsi planlaşdırılır. VİP ilə bundan sonra əməkdaşlıq məsələsinə toxunan Güləliyev bunun mümkün olmadığını deyib. "Bundan sonra bizim digər siyasi partiyalarla əməkdaşlığımız ancaq blok çərçivəsində olacaq. Bu baxımdan əgər VİP birdən-birə blokun yaradılmasından imtina etdisə, onunla necə əməkdaşlığımız ola bilər? Həm Yaşıllar, həm də Ədalət partiyaları blokdan kənar hər hansı bir partiya ilə əməkdaşlıqdan imtina edir” - deyə Güləliyev bildirib.
Güləliyev yeni yaradılacaq blokun qarşıdan gələn prezident seçkiləri ilə bağlı planlarından da danışıb. Onun sözlərinə görə, bu iki partiyanın blokunun prezident seçkilərinə hazırlığı ilə bağlı geniş fəaliyyət proqramı da artıq hazırdır. “Prezident seçkiləri ilə bağlı isə yəqin ki, bizim vahid namizədimiz olacaq. Gələn ayın sonuna qədər artıq vahid namizəd məsələsi həll olunacaq. Biz heç bir partiyanın namizədini dəstəkləməyəcəyik. Blokun özünün namizədi olacaq və blokdan kənar heç bir namizədi dəstəkləməyəcəyik. Bu qəti qərardır” - deyə Yaşıllar Partiyasının sədri bəyan edib.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info