“Avropada işsizlik rekord həddə çatıb”
Tarix: 02.04.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Avropa Birliyi Statistika Komitəsinin (Eurostat) verdiyi açıqlamaya görə avrozonada işsizlik səviyyəsi cari ilin fevral ayında 12% təşkil etməklə tarixinin ən yüksək səviyyəsinə qalxıb. Bu haqda Türkiyənin “haber7.com” xəbər portalı məlumat yayıb. Belə ki, Eurostat avrozonada işsizlər ordusuna fevral ayında daha 33 min nəfərin qatıldığını, beləliklə, ümumi işsizlərin sayının 19 milyon 71 min nəfərə çatdığını bildirib. AB ölkələrində isə cari ilin yanvar ayında 10, 8 % təşkil edən işsizliyin səviyyəsi fevral ayında artaraq 10,9 % təşkil edib. Başqa sözlə desək, işsizlərin sayı 76 min nəfər artaraq 26 milyon 338 min nəfərə çatıb.
İşsizlik səviyyələri Yunanıstanda 26,4, İspaniyada 26,3% faizlə rekord həddə çatıb. Bu ölkələri 17,5 %-lə Portuqaliya, 14,6 %-lə Slovakiya, 14,3 %-lə Latviya, 14,2 %-lə İrlandiya və 14 %-lə Yunan Kipri izləyir. AB-də 25 yaş altındakı işsizlik səviyyəsi orta hesabla 23,5 % -ə, Yunanıstanda 58,4 %, İspaniyada isə 55,7%-ə yüksəlib.
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb
20.10.2019
Pentaqon rəhbəri “Taliban“ ilə görüşmək üçün Əfqanıstana gəlir
20.10.2019
Donald Tramp: “Hillari Klinton ağlını itirib”
20.10.2019
Ya rədd olub gedəcəklər, ya da...
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info