25-dən çox Britaniya şirkətinin təmsilçisi Azərbaycana gəlib
Tarix: 30.11.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


SOCAR-ın inzibati binasında ölkəmizdə səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi neft-qaz sənayesinin müxtəlif sahələrində fəaliyyət göstərən 25-dən çox Britaniya şirkətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər proqramının rəsmi açılış tədbiri keçirilib.
SOCAR-ın mətbuat xidmətindən bildirib ki, dekabrın 1-dək davam edəcək səfərin əsas məqsədi neft-qaz sənayesində fəaliyyət göstərən yerli şirkətlər ilə Britaniya şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müəyyən olunması və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və “BP-Azerbaijan” şirkətinin vitse-prezidenti Joe Murphi iki ölkə arasında mövcud əməkdaşlığın tarixindən, cari və gələcək layihələrdən söhbət açıb, tədbirdə iştirak edən yerli və Britaniya şirkətlərinin nümayəndələrinin suallarını cavablandırıblar. Sonra yerli biznes mühitinin inkişafı naminə son dövrlərdə SOCAR-ın təşəbbüsü ilə qanunvericilikdə edilən dəyişikliklər, Azərbaycanda biznes mühiti, makroiqtisadi göstəricilərin artım tempi, neft-qaz sənayesi, mövcud və gələcək layihələr, layihələrdə yerli resurslardan istifadənin artırılması məqsədilə yerli və beynəlxalq şirkətlər arasında əməkdaşlığın əhəmiyyəti barəsində tədbirə dəvət olunmuş yerli və beynəlxalq şirkətlər üçün biznes-təqdimat keçirilib. Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin əməkdaşları səfər proqramının məqsədləri və həyata keçirilən layihə haqqında məlumat veriblər. Müvafiq Britaniya şirkətlərinin Azərbaycanda həyata keçirdikləri biznes fəaliyyət planları və məqsədlərinə həsr olunan təqdimat təqdim edilib və müzakirə olunub. Qarşıdakı günlərdə nümayəndə heyətinin Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərin iştirakı ilə yaradılmış müəssisələrə səfərləri davam etdiriləcək.






 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info