Qaçqın-köçkün problemlərinin ən uğurlu həlli metodu Azərbaycandadır
Tarix: 03.04.2013 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev: “Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
Məlum olduğu kimi Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub.
1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 fərman və sərəncam imzalaıb, Nazirlər Kabineti 307 qərar verib, Milli Məclis 24 qanun qəbul edib. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 fərman və sərəncam imzalanmışdır. Ötən dövrdə iki Dövlət Proqramı və həmin Dövlət Proqramlarına edilən əlavələr təsdiq edilmiş və onlar uğurla icra olunub. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilib. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunub, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilibr. Həmçinin, 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülüb. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənib. 2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılıb ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni, 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaq. Prezident İlham Əliyev Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllənin istifadəyə verilməsi mərasimində bildirib ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial cəhətdən ən az müdafiə olunan təbəqə, yəni məcburi köçkünlərin problemlərinin həlli prioritetdir: "İndi beynəlxalq qurumlar da bunu qeyd edir ki, Azərbaycanda bu məsələyə göstərilən diqqət və yanaşma bütün başqa ölkələr üçün də nümunədir. Çünki beynəlxalq təşkilatların rəhbərləri, nümayəndələri, xarici dövlətlərin nümayəndələri vaxtaşırı qəsəbələrə gəlir, tanış olurlar. Xüsusilə qaçqınlarla bağlı məsələlərə cavabdeh olan şəxslər də birmənalı qaydada deyirlər ki, Azərbaycanda bu məsələ ən yüksək səviyyədə həll olunur. Yəni, belə evlər, belə qəsəbələr heç bir ölkədə tikilmir. Dünyada bir çox ölkələrdə qaçqın-köçkün problemləri var. Ancaq bu problemlərin ən uğurlu həlli metodu Azərbaycandadır. Görürsünüz, dünyada - Yaxın Şərqdə, başqa yerlərdə məcburi köçkünlər böyük problemlərlə üzləşirlər. İndi yüz minlərlə insan məcburi köçkünə çevrilib. Azərbaycanda bu məsələnin bu dərəcədə düşünülmüş qaydada həll edilməsi o ölkələr üçün də bir yol göstərir. Bu cür məsələlər belə həll olunmalıdır. Burada söhbət təkcə binaların tikintisi ilə məhdudlaşmır. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq - yardımlar, hər köçkünə ayrılan vəsait, iş yerləri. Əhalinin sayını nəzərə alsaq ən çox qaçqın və köçkünü olan ölkə Azərbaycandır. Bizdə bir milyon qaçqın-köçkün var. Bu, doğrudan da böyük problemdir. Ancaq biz bu problemi həll edirik və həll edəcəyik. Ancaq yenə də deyirəm, bu, müvəqqəti bir məkandır. Şübhə yoxdur ki, biz o torpaqlara qayıdacağıq”. Prezident qeyd edib ki, keçən il 20 min məcburi köçkün öz yaşayış şəraitini yaxşılaşdırıb. Bu il də ən azı 20 min köçkünün yaşayış səviyyəsi yaxşılaşdırılacaq: “Bu işlər bundan sonrakı illərdə də görüləcək. Dövlət bu istiqamətdə öz siyasətini uğurla aparır. Bu il bütün mənbələrdən məcburi köçkünlərin problemlərinin həlli üçün 600 milyon manata qədər vəsait nəzərdə tutulub. Bu məbləğin 300 milyondan çox hissəsi yeni qəsəbələrin tikintisinə sərf ediləcək. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində buna oxşar məhəllənin açılışını qeyd etmişik. Bu il isə buradayıq. Bundan sonra Mingəçevirdə, Gəncədə, başqa şəhərlərdə yeni qəsəbələr tikiləcək”. İlham Əliyev bildirib ki, Azərbaycanda çox güclü sosial siyasət aparılır və bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının sözlərinə görə, görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir: “Əgər biz 140 min köçkünü artıq yerləşdirə bilmişiksə və hər il 20 min köçkün yeni evlərlə təmin edilirsə, deməli, torpaqlarımız işğaldan azad olunandan sonra tezliklə bütün şəhərləri, kəndləri bərpa edəcəyik, evləri tikəcəyik, şərait yaradacağıq. Mən buna əminəm, buna şübhə etmirəm”.

Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info