Mal-qara oğruları saxlanıldı
Tarix: 03.04.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Kanal S xəbər verir ki, rayonun Meşəşambul kənd sakini, fermer Rəfael Sarmanov Rayon Polis Şöbəsinə müraciət edərək 11 baş xırda buynuzlu qoyun-quzusunun oğurlanması barədə məlumat verib.
Faktla bağlı Polis Şöbəsində əməliyyat qrupu yaradılıb və Meşəşambul kəndi daxil olmaqla, rayon ərazisi nəzarətə götürülüb. İlkin təhqiqat və araşdırmalardan sonra polis əməkdaşları Meşəşambul kənd sakinləri 41 yaşlı Əli Cirinov və 26 yaşlı Abdulla Qaşqayevin izinə düşüb. Həyata keçirilən əməliyyat tədbirlərindən sonra məlum olub ki, məhz adıçəkilən şəxslər 11 baş qoyunu fermadan oğurlayaraq rayon ərazisində naməlum şəxslərə 700 manata satıblar.

Məlumatlar təsdiqini tapan kimi Əli Cirinov və Abdulla Qaşqayev əməliyyat qrupu tərəfindən saxlanılaraq polis şöbəsinə gətiriliblər. İlkin dindirmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib. Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Hazırda istintaq qrupu mütəşəkkil dəstə yaradaq oğurluqla məşğul olan Əli Cirinov və Abdulla Qaşqayevin rayon ərazisində baş verən digər cinayət hadisələrində iştirakının olub-olmadığını araşdırır.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
18.10.2019
Papua-Yeni Qvineyada 5,6 bal gücündə zəlzələ olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info