“Onlar heç “JEK müdiri“ də ola bilməzlər“
Tarix: 03.04.2013 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


"El" hərəkatı heç vaxt konkret addım ata bilməyəcək, çünki onların sosial bazası yoxdur.
Bu barədə Milli.Az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, həmin təşkilatda yığışan adamlar Azərbaycan cəmiyyətində “yaxşı tanınan” adamlardır: “Bunlar xalq qarşısında, dövlət qarşısında heç bir xidmətləri olmayan insanlardır. Bunlar şəxsi zəmində bir təşkilat yaradıblar və bu şəxsi maraqlarından irəli gələn bir məsələdir. Adının nə qoyulmasından asılı olmayaraq, eyni adamlardır. Bu təşkilatdan o təşkilata qaçır, o təşkilatdan bu təşkilata qaçır və müxtəlif şoular düzəldirlər”.
YAP rəsmisi bu təşkilatın adının konkret addımlarına görə deyil, müxtəlif işlərdə hallandığını xatırladıb. S.Novruzov hesab edir ki, bu cür hərəkətlər gündəmdə qala bilmək üçün atılan addımlardır: “Məsələn, icarə haqqını vermədiklərinə görə, icarədar müqaviləni pozur. Bu məsələdə dövlətin adını hallandırmaq istəyirlər. Bütün bunlar gündəmdə qala bilməkdən ötrü atılan addımlardır”.
Millət vəkili bildirib ki, bu təşkilatın hakimiyyətə gəlmək ehtimalı yoxdur: “Onların hakimiyyətə gəlmə ehtimalı sıfıra bərabərdir, hətta sıfırdan da aşağıdır. Ümumiyyətlə, onların Azərbaycanda “JEK müdiri” vəzifəsinə gəlmə ehtimalı da sıfıra bərabərdir. Yenə deyirəm, bunlar Azərbaycan cəmiyyətində “yaxşı tanınan” adamlardır. Bunlar başqa-başqa təşkilatlar yaradan, oradan bura, buradan ora qaçan, ara qarışdıran, ara vuran, bu cür işlərlə məşğul olan insanlardır”.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Kuba prezidenti Azərbaycana səfər edəcək
19.10.2019
Fransa məhkəməsinin separatçılarla imzalanmış “sazişi” ləğv etməsini alqışlayırıq
19.10.2019
Zatulinin Bakı-Moskva münasibətlərinə ziyan vurmaq cəhdi uğursuzluğa məhkumdur
19.10.2019
Türk Şurası dünyada vacib güc mərkəzinə çevriləcək
18.10.2019
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info