“Emin Milli Azərbaycanı istəməyən qüvvələrin maşasına çevrilib“
Tarix: 03.04.2013 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Əgər hər hansı bir təşkilat özündə əxlaq normalarını, milli-mənəvi dəyərləri, dövlətinə bağlılığını təcəssüm etdirmirsə, buna heç bir təşkilat adı vermək olmaz. Çox təəssüf ki, ölkəmizdə çox az sayda olsa da “NİDA”çılar kimi təşkilatlar var”. Bunu “SİA”ya Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov “NİDA”çıların xoşagəlməz hərəkətlərinə münasibət bildirərkən deyib. S.Orucov bildirib ki, siyasi fəaliyyətlərinə görə həmin təşkilatın nümayəndələri nə təqib olunublar, nə də izləniblər: “Bu da təbii ki, bizim demokratik dövlət olduğumuzu nümayiş etdirir. Bəzən bu insanları efirlərdə görəndə çox təəccüb hissi keçirirəm. Məsələn, Emin Milli guya iddia edir ki, Avropada olduğu üçün onu həbs etməyiblər. Emin Milli sənə sual verirəm-sən kimsən axı? Sən özünü “dağın başına” qaldırmaqla deyil. “NİDA”çılardımı sənin tərəfdaşların? Narkotik qəbul edən, “Molotov kokteyli” hazırlayanlardır sənin arxanda dayananlar? Emin Milli bir tərəfdən milli-mənəvi dəyərlər, xalq sevgisindən danışır, digər tərəfdən isə bildirir ki, mən Almaniyadayam və alman polisi məni qoruyur. Mən ona demək istəyirəm ki, sənin onsuz da gənclər arasında nüfuzun sıfırdır. Bu məsələlərlə bağlı heç olmasa, sus! Sus ki, səni alim bilsinlər. Emin Milli sən utan, yerə gir ki, hər hansı xarici, Azərbaycanı istəməyən qüvvələrin maşasına çevrilmisən". YAP GB-nin sədri hesab edir ki, Emin Milli zamanla öz səhvlərini dərk edəcək: “Təbii ki, “NİDA”çılar da bizim vətəndaşlarımızdır, gənclərimizdir. Biz istəmərik ki, onlar bu yola düşsünlər. Çünki onları idarə edən şəxslər antiazərbaycan mövqeyində dayanan insanlardır. Nə qədər bu insanlar özlərinə siyasi don geydirməyə çalışsalar da, reallıqlar, faktlar, qanun və hüquqlar ortalıqdadır. Əgər hər hansı bir insanın evindən partlayıcı maddə çıxırsa, dərhal bunun qarşısı alınmalıdır. Biz Azərbaycanın Daxili İşlər Nazirliyinə təşəkkürümüzü bildiririk ki, bu kimi ölkəmizdə terror hadisəsi törətmək istəyənlərə qarşı mübarizə aparırlar. Biz Azərbaycanda heç vaxt xaosa, anarxiyaya imkan verməyəcəyik. Ölkə gəncliyi də bu gün düz yolda irəliyə doğru addımlayır. Azərbaycanın savadlı, qabiliyyətli gəncləri dövləti, vətəni üçün çalışırlar. Axı dövlət, millət sevgisi bundan başqa necə ola bilər? Mən onların tutduqları mövqeləri kəskin sürətdə pisləyirəm”.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info