“Azərbaycan insan haqlarının müdafiəsi üzrə irəliləyiş əldə edib”
Tarix: 03.04.2013 | Saat: 19:33:00 | E-mail | Çapa göndər


2012-ci il Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında siyasi dialoq baxımından aktiv olub. Bunu Aİ-nin Bakıdakı ofisinin rəhbəri Rolan Kobia mətbuat konfransında deyib. Kobia Aİ-nin Azərbaycanla hərtərəfli dialoq qurmaq istədiyini bildirib: "Bu, Aİ-nin Azərbaycanla dialoqa və işləməyə hazır olduğunu göstərir". Kobia Avropa Qonşuluq Siyasəti üzrə məruzənin əsas bəndləri barədə bəhs edib. Azərbaycana gəlincə, o qeyd edib ki, məruzədə ölkənin güclü və zəif tərəfləri barədə informasiya, həmçinin Azərbaycan üçün tövsiyələr var. Kobia müsbət aspektlər sırasında əhəmiyyətli dərəcədə müsbət qalan makroiqtisadi göstəriciləri xatırladıb.
Kobia bildirib ki, Azərbaycan insan haqlarının müdafiəsi üzrə fəaliyyət planının reallaşdırılmasına başlayıb və məhkəmə islahatını davam etdirib ki, bu da müsbət haldır.
O, həmçinin çirkli pulların yuyulması və insan alveri ilə mübarizədə Azərbaycanın əldə etdiyi irəliləyişi qeyd edib. Kobianın sözlərinə görə, enerji sahəsində strateji tərəfdaşlıqda da əhəmiyyətli irəliləyiş əldə edilib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə parlamentləri Trans-Anadolu boru kəməri (TANAP) haqqında sazişi ratifikasiya ediblər və bu, Azərbaycan və Aİ arasında qarşılıqlı sərfəli tərəfdaşlığın möhkəmləndirilməsi yolunda vacib addım olub.
Kobianın sözlərinə görə, böyük irəliləyişin zəruri olduğu bəzi sahələr mövcuddur. O, assosiasiya haqqında saziş üzrə danışıqları vurğulayıb. Kobianın sözlərinə görə, bu baxımdan ötən il çox fəal olub və bu məsələ üzrə son 4 il ərzində böyük iş aparılıb: "Biz bu danışıqları davam etdirmək niyyətindəyik və hesab edirik ki, hər iki tərəf üçün birlikdə işləmək baxımından yaxşı imkandır". Kobia, həmçinin qeyd edib ki, Aİ tərəfdaşları üçün təşkilatın bütün tövsiyələrini səmərəli həyata keçirməyə kömək etməyə hazırdır.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info