İranda fıstıq böhranı
Tarix: 03.04.2013 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


İranda mart ayında qeyd edilən yeni il bayramından sonra tacirlər qeyri-adi etirazla üzləşiblər. Belə ki, iranlıların bayram süfrəsinin daimi bəzəyi olan fıstığın qiymətinin 10 qat qalxması istehlakçıların sosial şəbəkələr vasitəsilə bu məhsulun alınmasını boykot etməsinə səbəb olub.
Qeyd edək ki, fıstıq İranın neftdən sonra ikinci ən iri ixracat məhsulu hesab edilir. Fıstığa tələbat iranlıların yeni il bayramına təsadüf edən mart ayında yüksək həddə çatır. Məhz bu dövrdə məhsulun bir kiloqramının dəyərinin 60 min İran rialından 600 min riala qalxması “Facebook” və digər sosial şəbəkələrdə istehlakçıların məhsulu boykot etmələrinə gətirib çıxarıb.
“Fıstıq çox insanın xoşladığı, amma əksər ailələrin süfrəsində olmayan bir şeydir. Bu mövzu Yeni ildən öncə müzakirə mövzusu olub və əksəriyyət fıstıq almayacağını bildirib. Bu təşəbbüs sosial şəbəkələrdə yayılandan sonra, internetə çıxışı olmayan insanlar üçün mobil telefonlara mesaj vasitəsilə də bildirişlər göndərilirdi” - deyə boykot təşəbbüskarı Mehdi Alayizadə belə deyir. Bu boykot barəsində hətta İran dövlət televiziyası da məlumat verib. Televiziyanın araşdırmasına əsasən, sorğusu aparılan 1 milyon vətəndaşdan 87 faizi “fıstıq boykotunu” dəstəkləyib. Qeyd edək ki, İran dünyada Amerika Birləşmiş Ştatlarından sonra ikinci ən iri fıstıq ixracatçısı hesab edilir. Rəsmi statistikaya əsasən, İran fıstıq ixracatından ildə təxminən 750 milyon dollar gəlir əldə edir.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info