“Prezident Qazaxıstan gənclərinə inandığını dedi”
Tarix: 02.12.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər
Bəhruz Axundov: “Qardaş Qazaxıstanın ürəyinin bir hissəsi olduğumuz üçün fəxr edirik”

Məlum olduğu kimi, hər il dekabrın 1-də Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur. Bu il Qazaxıstanda Birinci Prezident Günündə Respublika Gənclər Forumu keçirilib. Forumda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin gənclərlə görüşü olub. Bu tədbirdə Qazaxıstandakı Azərbaycan gəncləri adından Heydərçi Azərbaycanlı Gənclər Təşkilatının sədri Bəhruz Axundov iştirak edib. Bəhruz Axundov forumla bağlı təəssüratlarını bizimlə bölüşüb.
-Bu bayram nə vaxtdan keçirilir?
-Qardaş Qazaxıstanda hər il dekabrın 1-də Birinci Prezident Günü təntənəli şəkildə qeyd olunur. Bu bayram həm xalq, həm də dövlət tərəfindən rəsmi qəbul olunub. Prezident bu günü Qazaxıstanın ən fəal gənclərinə həsr etdi. Respublika Gənclər Forumu birinci Prezidentimizə və Qazaxıstanın müstəqilliyinin 25 iliyinə həsr olunmuşdu.
-Dövlət başçısı gənclərə nə kimi tapşırıq verdi?
-Görüşdə cənab Prezident müstəqil Qazaxıstanı gələcəkdə inkişaf etdirmək, gələcəkdə sağlam gənclər yetişdirmək, vətəndə və başqa ölkələrdə, xüsusən də, qonşu ölkələrlə sıx dostluğu əbədi qorumağı tövsiyə etdi. Prezident bizə o qədər gözəl enerji verib ki, gənclər hələ də sevinclərini bölüşürlər. Bu gənclər forumu tarixə düşdü. Prezident müstəqil ölkəni yaşadıb, gələcək nəslə sağlam verilməsi üçün sürətlə inkişaf etməyi və əbədi müstəqil ölkə kimi yaşatmağı tövsiyə etdi. Çox gözəl misallar çəkərək bizə nurlu yollar göstərdi və bizə, Qazaxıstan gənclərinə inandığını dedi.
-Belə görüş gənclərin fəaliyyətinə nə dərəcədə stimul verir?
- Qardaş Qazaxıstanın ürəyinin bir hissəsi olduğumuz üçün fəxr edirik. Azərbaycan-Qazaxıstan qardaşlığı ədədidir! Fəxr edirik ki, biz Heydər Əliyev və NursultanNazarbayev kimi tarixi şəxslərin gəncləriyik! Allah bizə doğma olan xalqları, ölkələri qorusun. Heydərçi Azərbaycanlı Gənclər Təşkilatına yeni-yeni uğurlar arzulayırıq!
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.02.2017
Sözün bədii və poetik ifadəsi bitmir
20.02.2017
“Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
17.02.2017
“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
16.02.2017
“Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
14.02.2017
“Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5548

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
3 Sözün bədii və poetik ifadəsi bitmir
4 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
5 Ad gününə dörd gün qalmışdı
24.02 19:50 “Şuxi“ salatı
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info