“Qatil” filminin Tbilisi nümayişi
Tarix: 05.12.2016 | Saat: 13:38:00 | E-mail | Çapa göndər
Xalq Yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan “Qatil” bədii filminin 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümündə nümayişi baş tutub.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, festivalda filmin quruluşçu rejissoru Kamran Şahmərdan və icraçı prodüseri Katri Lətt iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.
Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.
Qeyd edək ki, “Qatil” filmi həmçinin Bakıda keçirilən 6-cı Avropa Film Festivalı və Finlandiyanın “Qara və Ağ” Teatr Festivalında iştirak edib.

Mahmud





 
Bölməyə aid digər xəbərlər
28.04.2017
Yeni kurqanlar tapılıb
27.04.2017
 Yeni monoqrafiya işıq üzü görüb
27.04.2017
Rəssamlar arasında rəsm müsabiqəsi elan edilib
26.04.2017
DİASPOR: Yeni Dünya Nizamında -“Körpü rolu” və yaxud “Yumşaq güc”
26.04.2017
“Azərbaycan xalçaları” jurnalının 22-ci nömrəsi çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Psixoloq Fərqanə Mehmanqızı
Mahmud Əyyub
Elsevər Məmmədov
Rauf Qərib Alagöz
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 6291

1 Albert Aqarunovun xatirəsinə həsr olunan Karate–Do üzrə çempionat keçirilib
2 Bakı Mühəndislik Universitetində YAP-ın təsis konfransı keçirilib
3 Suraxanıda Milli Qəhrəman Albert Aqarunovun xatirə lövhəsi açılıb
4 ABŞ-dakı azərbaycanlı şagird yaşlı diaspor üzvlərinə çağırış etdi
5 Azərbaycan məhsullarının xarici KİV-lərdə təbliğində diasporun rolu
28.04 13:16 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info