Xalçaçı rəssam Eldar Hacıyevin fərdi sərgisi açılıb
Tarix: 05.12.2016 | Saat: 13:50:00 | E-mail | Çapa göndər
Azərbaycan Rəssamlar İttifaqında tanınmış xalçaçı rəssam Eldar Hacıyevin “İlmələrin rəqsi” adlı fərdi yaradıcılıq sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, müxtəlif mövzulu xalçaların əks olunduğu sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək xalçaçı rəssamın yaratdığı füsunkar sənət incilərindən danışıb.
Vurğulanıb ki, Eldar Hacıyev xalçaçı rəssam kimi mükəmməl xalça ilə miniatürün uğurlu sintezini yarada bilib. Onun əsərlərində xalça və miniatür sənətinin bütün atributları öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, sərgidə nümayiş olunan ipək və yun xalçalar, mürəkkəb süjetlərin çoxrəngli keçidlərə malik kolorit xüsusiyyətləri, xalçalar üzərində verilən memarlıq abidələri, ayrı-ayrı personajların geyimlərinin bədii tərtibatı rəssamın Azərbaycan tarixini dərindən bildiyini, onun milli ənənələrinə bələd olduğunu bir daha sübut edir.
Ağəli İbrahimov əlavə edib ki, sərgidə xalçaçı rəssamın “Məhəmməd peyğəmbərin meracı”, “İsa peyğəmbərin həyatı”, “Ana Məryəm”, “Vladimir ikonası”, “Bibliya tarixi” adlı xalçaları Azərbaycan dövlətinə xas multikultural dünyagörüşün bariz nümunəsidir.
Çıxışlarda rəssamın son illərdə akril boyaları ilə işlədiyi rəngkarlıq əsərlərinin əhəmiyyətindən söz açılıb.
Qeyd olunub ki, müəllifin xalçaları ipək saplarla toxuması onun sənətinin özəlliklərindən hesab olunur.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Dekabrın 12-dək davam edəcək sərgidə xalçaçı rəssamın 20-dək sənət əsəri yer alıb.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
“Balaca şahzadə” tamaşası Heydər Əliyev Sarayının səhnəsində
17.02.2018
Tanınmış rəssam Alfons Muxanın sərgisi açılıb
16.02.2018
Emin Sabitoğlu haqqında yeni kitab nəşr olunub
15.02.2018
“Müsəlman dünyasının islahatı” kitabı Strasburqda çapdan çıxıb
14.02.2018
Bakıda Sven Marquardın sərgisi açılacaq

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8421

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”
5 «ArmenianReport»: ”Yaxın vaxtlarda Ermənistanın dövlət borcu 7 milyard dolları ötəcək”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info