İstiqlal Muzeyində sərgi və kitab təqdimatı keçiriləcək
Tarix: 05.12.2016 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


2016-cı il dekabrın 7-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamentin üzvü olmuş Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun “Azərbaycan torpağına türbət demişəm” kitabının təqdimatı keçiriləcək.
Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində ziyalı ailədə anadan olub. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Dinə meyli olduğundan Ərdəbil, Zəncan və Nəcəf şəhərlərinə təhsil almaq üçün gedir. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdır və burada cərəyan edən siyasi hadisələrdə iştirak edir. Həmin vaxt o “Müsavat”a üzv olur və partiyanın Lənkəran özəyini yaradır. Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olmuş, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərib. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır, yaranan dövlətin adının məhz Azərbaycan qoyulmasının tərəfdarı olur. Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Müsavat və Birtərəf fraksiyasının üzvü olub.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən “Azərbaycan torpağına türbət demişəm” adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı “Xatiratıdır”. Kitabın tərtibatçısı Tufan Axundovdur.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovun, Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin, tarix institutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılovun, ədəbiyyat institutunun elmi işçisi Rəhim Əliyevin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimovanın, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun çıxışları nəzərdə tutulub.
Sərgidə Hacı Mirzə Səlim Mirzə Axund Axunzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olunacaq.
Tədbirdə alimlər, tarixçilər, Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Avtomobildə külli miqdarda dərman vasitələri aşkarlandı
14.11.2018
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
13.11.2018
D230 blokunun kəşfiyyatı, işlənməsi və hasilatı üzrə saziş təsdiq olunub
13.11.2018
Müavinəti haqqı olan hər kəs alacaq
13.11.2018
Cəfər Pənahinin “Üç üz” filmi “CinemaPlus”da

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info