Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir
Tarix: 03.04.2013 | Saat: 21:34:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Uşaq xor kollektivlərinin VIII Respublika müsabiqəsi keçirilir.
Nazirliyin rəsmi saytı bildirir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş müsabiqənin aprelin 30-dək zonalar üzrə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində, Ağcabədi, Bərdə, Salyan rayonlarında keçirilməsi nəzərdə tutulur. Müsabiqənin məqsədi böyüməkdə olan gənc nəslin estetik tərbiyəsini formalaşdırmaq, xor müəllimlərinin peşəkarlığını artırmaq, təhsil müəssisələrində xor fənninin tədrisini yaxşılaşdırmaqdır. Aprelin 1-də Lənkəran Dövlət Humanitar Kollecində müsabiqənin zona turu keçirilib. Baxış-müsabiqədə cənub bölgəsinin 7 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvarın, habelə Biləsuvar rayonunda fəaliyyət göstərən Cəbrayıl rayon Böyük Mərcanlı kənd uşaq musiqi və incəsənət məktəbləri iştirak edib. Aprelin 2-də Salyanda keçirilən baxışda isə Salyan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad rayon, Şirvan şəhər uşaq musiqi və incəsənət məktəblərinin xor kollektivləri çıxış edib. Zonalar üzrə növbəti baxış aprelin 5-6-da Sumqayıt şəhərində (Sumqayıt, Qubadlı, Laçın, Qobustan, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı) keçiriləcək.
Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti, professor Gülbacı İmanovanın rəhbərlik etdiyi münsiflər heyətinin qərarı ilə zona baxış-müsabiqəsində birinci yeri tutan xor kollektivləri Bakıda keçiriləcək yekun turunda çıxış etmək hüququ qazanacaqlar.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
“Bu dəvət Beynəlxalq “Fəcr” Teatr Festivalı rəhbərliyinin Azərbaycan teatrına olan hörmətidir”
26.01.2020
İrəvan xanlığının bölgə mətbəxi haqqında kitab
26.01.2020
“Anladım ki, artıq bu ölkədə müsəlman olaraq qala bilməyəcəyəm“
26.01.2020
“Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq
25.01.2020
“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info