İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirilib
Tarix: 05.12.2016 | Saat: 15:25:00 | E-mail | Çapa göndər
Bakıda Beynəlxalq Muğam Mərkəzində İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirilib.
Konsertdə diplomatik korpusun nümayəndələri, deputatlar, mədəniyyət və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Qonaqları salamlayan İsrailin ölkəmizdəki səfiri Dan Stav bildirib ki, iki ölkənin musiqiçilərinin iştirakı ilə “Dostluq və sülh naminə” şüarı altında keçirilən konsert çox vacib mədəniyyət hadisəsidir.
Səfir konsertin tamaşaçıların yaddaşında dərin izlər buraxacağına ümidvar olduğunu bildirib.
Diplomat vurğulayıb ki, musiqi insanlar arasındakı ünsiyyətin vacib bir növüdür.
"Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Konsertin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib.
Konsertdə İsrail musiqiləri ilə yanaşı, “Əsmərim”, “Sən gəlməz oldun”, “Gəl maralım”, “Atəşim var, külüm yox” və digər Azərbaycan mahnıları səslənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2017
Bolqarıstanda Azərbaycan filmi gecəsi
19.01.2017
“Əli və Nino” filminin Avropa premyerası olacaq
18.01.2017
İstiqlal Muzeyində “Keçmişi unutmayaq!” adlı sərgi-tədbir keçirilib
18.01.2017
“Azərbaycan Teatrı” layihəsi həyata keçirilib
18.01.2017
Gənc kinorejissorun “Kənarda” filmi nümayiş olunub

Şərh əlavə olunmayıb



    ,    
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Tural Tağıyev
Sara ƏLİYEVA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5217

1 “Kəşfim laboratoriyamız və fakültəmiz üçün yüksək uğur kimi qiymətləndirildi”
2 Ər-Riyad xəstəxanasında çalışan azərbaycanlı həkim: “Bir gün Azərbaycana qayıdıb uşaq cərrahiyyəsini inkişaf etdirmək istəyirəm”
3 Hollandiyada 20 Yanvar şəhidlərinə həsr olunan açıq dərs keçirilib
4 Astanada 20 Yanvarla bağlı fotosərgi keçirilib
5 Yapon məktəblilərindən məktublar
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info