“ADPU Səs” mahnı müsabiqəsinin final mərhələsi keçirilib
Tarix: 05.12.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə dekabr ayının 5-də universitetin Böyük Akt zalında “ADPU Səs” mahnı müsabiqəsinin final mərhələsi keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev mahnı müsabiqəsinin final mərhələsini izləyiblər. Final mərhələsindən öncə tələbələrin rəsm əsərləri təqdim edilib.
Məlumat üçün bildirək ki, oktyabr ayından təqdim edilən “ADPU Səs” mahnı müsabiqəsinin məqsədi tələbələrin yaradıcılıq istedadlarının üzə çıxarılması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və milli musiqimizin təbliğidir. Oktyabr ayının 15-də keçirilən ilk seçim mərhələsində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Riyaziyyat və informatika, İbtidai təhsil, Kimya və biologiya, Filologiya, Tarix və coğrafiya, Fizika və texnologiya fakültələrindən və SABAH qruplarından ümumilikdə 55 nəfər tələbə iştirak edib. Onlardan 25 nəfəri II mərhələyə keçiblər. Noyabr ayının 11-də keçirilən II mərhələdə isə 16 nəfər tələbə qalib gələrək final mərhələyə keçmək hüququ qazanıblar.
Qeyd edək ki, final mərhələsi ADPU-nun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının “Qarabağ şikəstəsi”ni səsləndirməsi ilə başlayıb, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə, Azərbaycan Ordusuna sədaqət, şəhidlərimizin müqəddəs ruhuna hörmət, Qarabağda qələbəyə inamı ifadə edən mahnılar səsləndirilib. Sonra tələbələr müxtəlif xalq mahnıları və müasir estrada mahnıları oxuyublar, rəqslər ifa ediblər. Tələbələr həm də birlikdə məşhur “Tələbə” mahnısını ifa ediblər.
Sonda Tərbiyə işləri üzrə prorektor, professor Fikrət Rzayev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Himalay Qasımov 2 nominasiya üzrə-milli və müasir musiqi nominasiyaları üzrə I, II, III yerləri tutan tələbələrə pul mükafatı və diplomları təqdim ediblər, digər iştirakçılara isə diplomlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2018
“Baku Fashion Club”un növbəti tədbiri keçiriləcək
18.01.2018
Füzuli döyüşlərini əks etdirən fotolardan ibarət sərgi açılıb
18.01.2018
Gənc musiqiçilər Vyanada konsert veriblər 
18.01.2018
Tanınmış violin ifaçısı Tahir Atakişiyevin xatirəsi anılıb
17.01.2018
Aleksey Beqovun fərdi sərgisi

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8209

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Müstəqillik tariximizlə bir daha qürur duyduq”
3 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
4 Orfoqrafiya qaydaları ilə bağlı təkliflərə əlavə
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info