“Azərxalça” regionlarda tədris-hazırlıq kurslarını davam etdirir
Tarix: 06.12.2016 | Saat: 11:05:00 | E-mail | Çapa göndər
“Azərxalça” ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Tovuz, Qazax və Ağstafa rayonlarında təşkil olunan tədris-hazırlıq kurslarının toxucuları ilə görüşlər keçirib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, görüşdə sözügedən rayonlarda xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub. İndiyədək Tovuz rayonundan 90, Qazax rayonundan 118, Ağstafa rayonundan isə 141 toxucu tədris hazırlıq kurslarına cəlb edilib. Onları arasında peşəkar xalça ustaları ilə yanaşı, bu sənətə yeni başlayan gənclərin də sayı kifayət qədərdir. Hanalarla, müvafiq alətlərlə, həmçinin xammalla təchiz olunan dərnəklərdə xalçaçılığı öyrənmək üçün hər cür şərait yaradılıb. Kurslarda xalçaçılığa dair əyani materiallar, dərslik və ədəbiyyatlardan istifadə edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricində satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir. “Azərxalça”nın respublikanın ayrı-ayrı rayonlarda xalçaçılıq üzrə tədris-hazırlıq kurslarının təşkili cəmiyyətin fəaliyyətinin perspektivli istiqamətlərindəndir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
30.03.2017
TÜRKSOY-un xalq alətləri orkestrinin  Kişineuda konserti olub
29.03.2017
Bakıda IX Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
29.03.2017
Bakıda “Bahar” adlı rəsm sərgisi açılacaq
29.03.2017
Gənc ifaçıların konserti maraqla qarşılanıb
28.03.2017
Dünyada ilk xalça muzeyinin yarım əsrlik yubileyi

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Fikrət Yusifov
Aytən
Şəfa Qurbanova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5989

1 “İslam Həmrəyliyi Oyunlarında tələbə könüllülərimiz aktiv iştirak edəcəklər”
2 “Yaponiyanın elm dünyasında Qarabağ mövzusuna maraq var”
3 Mir Cəlal Paşayevin əsərinə çəkilən film Çində qalib oldu
4 Azərbaycan-İsrail əlaqələrinə həsr olunmuş seminar keçirilib
5 İtaliya-Azərbaycan Dostluq Dərnəyinin başçısı mükafata layiq görülüb
30.03 11:24 Neft bahalaşıb
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info