Turizm obyektlərinin hazırlığı yoxlanacaq
Tarix: 03.04.2013 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Mədəniyyət və Turizm Nazirliyi yay mövsümü öncəsi ölkənin regionlarında turizm obyektlərinin mövsümə hazırlığını yoxlayacaq. Bunu Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
A.İsmiyev qeyd edib ki, nazirlik tərəfindən hər il olduğu kimi regionlarda monitorinq keçirilir: «Eyni zamanda, may ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyə Turizm Nazirliyi ilə birgə Azərbaycanın regionlarında bu sahədə fəaliyyət göstərən kadrlar üçün treninq kursları təşkil olunacaq». Nazirlik rəsmisi həmçinin bildirib ki, ölkədə turizm sahəsində lazımi infrastruktur mövcuddur, lakin xidmət istənilən səviyyədə deyil. Regionlarda istirahətin qiymətlərinin baha olmasına gəldikdə, Nazirlik rəsmisi qeyd edib ki, son 2-3 il ərzində mehmanxana və mehmanxana tipli obyektlərdə qiymətlər ildə orta hesabla 5-10% enib: «Hazırda ölkədə 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir və rəqabət artdıqca, qiymətlər də aşağı düşəcək». Türkiyə kurortlarında istirahətin Azərbaycanda istirahətdən ucuz olmasına gəldikdə, A.İsmiyev bildirib ki, Türkiyə Turizm Nazirliyi 1963-cü ildə yaradılıb və 1983-cü ildən etibarən Nazirlik Antalya kimi regionun inkişafı ilə məşğuldur: «Hazırda Antalyada yerləşən kurort bölgəsinin hər birində orta hesabla 1 500 hotel fəaliyyət göstərir və məhz bu rəqabət qiymətlərin aşağı olmasının əsas səbəbidir».




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info