Şəhid Tofiq Məmmədovun xatirəsi anılıb
Tarix: 03.04.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların vətənə sədaqət və məhəbbət ruhunda böyüdülməsi işləri Səbail rayonunda hər zaman diqqət mərkəzində saxlanılır.
Səbail rayonunda bu istiqamətdə keçirilən növbəti tədbir rayonun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəbdə şəhid Tofiq Məmmədovun xatirəsinə həsr olunmuş anım mərasimi olub. Tədbirdən əvvəl məktəblilər, qonaqlar, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları Səbail Rayon İcra Hakimiyyəti tərəfindən şəhidin adını daşıyan küçədə, vaxtı ilə onun yaşadığı binanın fasadına vurulmuş və ətraf ərazisi abadlaşdırılmış yeni barelyefini ziyarət edib, onun önünə tər çiçəklər düzərək, xatirəsini yad ediblər. Daha sonra şəhid Tofiq Məmmədovun təhsil aldığı və hazırda onun adını daşıyan Səbail rayonu 239 saylı orta məktəbdə onun xatirəsinə həsr olunan ədəbi-bədii tədbiri məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova çıxış edərək şəhid Tofiq Məmmədovun uşaqlıq və məktəb illərindən danışıb. Məktəbin şagirdlərinin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Tədbirdə şəhidin döyüş dostları, yaxınları çıxış edərək Tofiq Məmmədov haqqında öz xatirələrini danışıblar. Qeyd olunub ki, ermənilərin Qarabağda azərbaycanlılara qarşı hücumlarına, törətdikləri haqsızlıqlara dözə bilməyən Tofiq 1991-ci ilin dekabr ayında bir qrup vətənpərvər gənclərlə birgə Şəhidlər xiyabanında and içərək yenicə formalaşmış konüllülərdən ibarət batalyonun tərkibində o zaman qızğın döyüşlərin getdiyi Şuşa bölgəsinə göndərilib. Şuşanın ətraf qəsəbə və kəndlərinin müdafiəsində Tofiq Məmmədov yaxından iştirak edib, özünü qorxmaz və bacarıqlı əsgər kimi göstərib, Kərkicahan uğrunda gedən amansız döyüşlərdə xüsusi fədakarlıq göstərib. Həmin il dekabrın 27-dən 28-nə keçən gecə mühasirədə olan Kərkicahanda düşmənin böyük üstünlük təşkil edən və yaxşı silahlanmış canlı qüvvələri ilə qeyri-bərabər döyüşdə əsgər yoldaşlarının mühasirədən çıxması üçün böyük şücaət göstərərək qəhrəmancasına həlak olub.
Tofiq Məmmədov Şəhidlər xiyabanında dəfn olunub. Onun ailəsi hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Hazırda oxuduğu məktəb və yaşadığı küçə onun adını daşıyır. Qəsəbədə inşa olunmuş «Badamdar şəhidləri» Xatirə Kompleksində onun şəkli var. Hər ilin dekabr ayında şəhidin doğum günü təntənəli şəkildə qeyd olunur. Səbail Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Xalidə Bayramova yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi işlərində bu kimi tədbirlərin mühüm rol oynadığını bildirib, bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Tədbirin sonunda şəhidin anası və ailə üzvləri, döyüş dostları Tofiq Məmədovun xatirəsinin yad olunmasına görə öz minnətdarlıqlarını bildiriblər.
NIGAR




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info