BANM-in Prezident təqaüdçüsü: “Qəbul imtahanında bu balı toplamağı arzulayırdım”
Tarix: 06.12.2016 | Saat: 13:10:00 | E-mail | Çapa göndər
“BANM-in Prezident təqaüdçülərinə 10 sual” layihəsində sualları BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Nigar Əhmədova cavablandırır:

- Zəhmət olmasa, özünüz haqqında ətraflı məlumat verin. 
- Mən 1999-cu ildə Göycay rayonunun Ləkçıplaq kəndində anadan olmuşam. 2005-ci ildə Ləkciplaq kənd 1 saylı orta məktəbində birinci sinfə getmişəm və 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Hazırda I kurs tələbəsiyəm. Prezident təqaüdçüsüyəm.
- İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?
- İmtahana hazırlıq dövründə adətən çox stressli olurdum və imtahana son bir həftə qalmış daha çox həyəcanlı idim. Səbəbini bilməsəm belə, imtahan və ondan əvvəlki gün heç bir həyəcan və stress yox idi. Sadəcə olaraq, fikirləşirdim ki, səhər qəbul imtahanı deyil, adi bir sınaqdır.
- Nə qədər bal topladınız?
- Qəbul imtahanında 690 bal topladım və əslində, bu balı toplamağı arzulayırdım.
- Niyə məhz BANM-i seçdiniz?
- İxtisasım üzrə ən yaxşı təhsil verən ali təhsil müəssisəsi kimi məhz BANM-i gördüyüm üçün buranı seçmək qərarına gəldim.
- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?
- Ailəmin oxumağımda həm mənəvi, həm də maddi cəhətdən çox böyük əməyi olub. Hər zaman ailəm mənə oxumağımla bağlı dəstək verib.
- Ən böyük arzunuz nədir?
- Ən böyük arzum ixtisasıma yaxşı yiyələnmək və ingilis dilini yaxşı öyrənməkdir. Əminəm ki, bu arzumu BANM-də gerçəkləşdirə biləcəm.
-İxtisasınız haqqında nə demək istərdiniz?
- İxtisas haqqında onu qeyd etmək istərdim ki, çox çətin, maraqlı və istedad tələb edən sənətdir. İnanıram ki, gələcəkdə bu ixtisas sahiblərinə indikindən daha çox ehtiyac və tələbat olacaq.
- Hobbiniz nədir?
- Maraqlı formada olan qələmləri toplamağı və saplardan müxtəlif geyimlər toxumağı xoşlayıram.
- Başqa hansı maraqlarınız var?
- Bədii əsərləri oxumağı və kinoya baxmağı çox xoşlayıram.
- Hansı janrda kitabları oxuyursunuz?
- Əgər kitab maraqlıdırsa, mənim üçün janrın fərqi yoxdur. Ən çox  sevdiyim kitab isə Cek Londonun “Martin İden” əsəridir. Bundan basqa, Xalid Huseyninin “Min möhtəşəm günəş”, ”Cərpələng uçuran “ əsərlərini çox xoşlayıram.

Nigar






 
Bölməyə aid digər xəbərlər
21.02.2017
Sözün bədii və poetik ifadəsi bitmir
20.02.2017
“Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
17.02.2017
“Qafqaz Gənclər Evi” platforması üzərində işləyirik”
16.02.2017
“Gəncə gəncləri İslam Həmrəyliyi Oyunlarına öz töhfələrini verəcəklər”
14.02.2017
“Macarıstan heç də hamının xəyalında qurduğu Avropa ölkəsi deyil”

Şərh əlavə olunmayıb



    ,    
Azər Allahverdiyev
Aydan Abdullayeva
Pərviz Məmmədov
Səbinə Novruzzadə
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 5530

1 “Gənclərimiz artıq boş vaxtlarından səmərəli yararlanmağı bacarırlar”
2 “İzmirdəki QHT-lərimiz Qarabağ mövzusunu bacardıqları qədər gündəmdə saxlayırlar”
3 Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib
4 Sözün bədii və poetik ifadəsi bitmir
5 “Azərbaycan Cocuq Mərcanlını bərpa etməklə işğalçı Ermənistana nümunə göstərəcək”
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info