Məktəblilərarası I Məntiq Olimpiadası qalibləri mükafatlandırılıb
Tarix: 06.12.2016 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, ali məktəb rektorları, deputatlar və digərləri iştirak edib.
BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva bildirib ki, Azərbaycanda istedadlı şagirdlərin bacarıqlarının erkən yaşda aşkarlanması istiqamətində mühüm addımlar atılır. O deyib ki, bu məqsədlə müəyyən qaydalar hazırlanıb, istedadlı şagirdlərin VII-VIII sinifdən sonra xüsusi siniflərdə təhsil alması üçün işlər görülüb. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 95 illik yubileyi ərəfəsində həyata keçirilən Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaq məqsədilə təşkil olunub. M. Vəliyeva qeyd edib ki, bu, şagirdlərin məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərəcək: “Məntiq Olimpiadasında paytaxtın 292 məktəbindən 23 834 nəfər V-VI sinif şagirdi iştirak edib. Onlardan 2375 nəfəri finalda iştirak hüququ qazanıb. Yekun mərhələdə ən yüksək nəticə göstərən 83 şagird mükafatçılar sırasına daxil olub. Məktəblilərin marağı nəzərə alınaraq Olimpiadanın hər il keçirilməsi nəzərdə tutulub”.
Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, bu Olimpiadanın Bakı məktəbliləri arasında keçirilməsi rəmzi məna daşıyır. Onun sözlərinə görə, əsil adı Lütfəli Rəhim oğlu Ələsgərzadə olan Lütfi Zadə Bakıda anadan olub, ilk təhsilini paytaxtda alıb: “Sonradan İrana, Amerikaya köçərək orada təhsilini davam etdirib. Gələcəkdə bu Olimpiadanın coğrafiyasını genişləndirməli, ölkənin digər şəhər və rayonlarından da bu layihəyə iştirakçılar cəlb etməliyik".
Tədbirin sonunda yüksək nəticələr əldə edən şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
Bakının əsas magistrallarında sürət həddi endirildi
28.11.2020
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
27.11.2020
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
27.11.2020
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
27.11.2020
Anasız böyümüşəm, anam Vətənimdir...

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
2 “Ezo gəlin” şorbası necə bişirilir?
3 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
4 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
5 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info