“Tarixən Türkiyə və Rusiya arasında böyük ticarət əlaqələri olub”
Tarix: 06.12.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya və Türkiyə baş nazirləri arasında görüş keçirilib.
 
NTV-nin verdiyi məlumata görə, görüşdə Türkiyə baş naziri Binəli Yıldırım Rusiya-Türkiyə münasibətlərinin çətin bir dövrdən keçərək inkişaf etməyə başladığını bildirib.
 
Onun sözlərinə görə, bu münasibətlər əvvəlkindən də yüksək səviyyədə inkişaf etdirilməlidir: “Münasibətlərin normallaşmağa başladığı bu ilin avqust ayından mərhələ-mərhələ addımlar atırıq. Ancaq münasibətlərin normallaşdırılması prosesi daha sürətlə getməlidir. Rusiya və Türkiyə terrorizmə qarşı birgə mübarizə aparmalıdır. Biz həmçinin yarımçıq qalmış layihələri reallaşdırmalıyıq”.
 
Rusiya baş naziri Dmitri Medvedev isə bildirib ki, böyük layihələri həyata keçirmək və iqtisadi-ticarət əlaqələri genişləndirmək üçün böyük potensial mövcuddur: “Tarixən Türkiyə və Rusiya arasında böyük ticarət əlaqələri olub. Son zamanlar isə bu bir qədər azalıb. Bu gün keçirilən görüşün əsas məqsədi iqtisadi, investisiya, humanitar əlaqələrə və əməkdaşlığın bütün sahələrinin inkişafına əlavə təkan verməkdir”.
 
Sonra görüş qapalı davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2019
Sərksyan istintaqa çağırılır...
18.11.2019
Tbilisidə aksiyanın dağıdılması zamanı biri polis olmaqla 3 nəfər yaralanıb
18.11.2019
“Ermənistanda işsizliklə bağlı sosial proqramlar iflasa uğrayıb”
18.11.2019
Azərbaycan vətəndaşları Türkiyədə 900-dən çox daşınmaz əmlak əldə edib
18.11.2019
Tiflisdə nümayişlərə 5,5 min nəfər qatılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10944

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
4 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
5 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info